Mobil versiya
Vətəndaşın hər bir məsuliyyətsiz davranışı öz həyatını, ətrafını risk altına atması deməkdir
Tarix: 03-06-2020 | Saat: 15:46
Bölmə:Siyasət | çapa göndər

Vətəndaşın hər bir məsuliyyətsiz davranışı öz həyatını, ətrafını risk altına atması deməkdir


Beynəlxalq maliyyə qurumları bu gün dünyanın üzləşdiyi böhranlı dövrdə cari ilin 4 ayında Azərbaycanın iqtisadi artımının 0,2 faiz, qeyri-neft sənayesində artımın 16 faiz olmasını, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar vəsait ayırmağımızı və 30 ölkəyə yardımlar etməyimizi yüksək dəyərləndirərək Azərbaycanın kredit və investisiyaların yatırılması üçün optimal ölkə olduğunu görürlər.

Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü İqbal Məmmədov bildirib.

Deputat, həmçinin qeyd edib ki, Azərbaycan dövləti koronavirus infeksiyası ilə mübarizədə bütün zəruri tədbirləri həyata keçirir. Nəticədə ölkəmizdə pandemiya ilə əlaqədar məsələləri ciddi nəzarətdə saxlamaq, virusun geniş yayılmasının qarşısını almaq və insanların həyatını maksimum şəkildə qorumaq mümkün olub. Heç şübhəsiz, xüsusi karantin rejimi dövründə yoluxma hallarının sayı minimuma endirilib, ölkəmizdə ölüm halları çox aşağı səviyyədə olub, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı yeni yoluxma hallarının sayını kəskin üstələyib.

İqbal Məmmədov qeyd edib ki, xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra yoluxma hallarının sayında artım müşahidə olunmağa başlayıb. Pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından, eləcə də fəaliyyətinə icazə verilən sahələrdə rəhbər şəxslərin karantin rejimi qaydalarına riayət etməsindən birbaşa asılıdır. İctimai yerlərdə, iaşə obyektlərində xəstəlikdən qorunmaq üçün qaydalara həmin obyektlərin sahibləri, vətəndaşlar mütləq riayət etməlidirlər. Hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə dəvət etməlidir. Çünki hər bir məsuliyyətsiz davranış, hər bir qayda pozuntusu xəstələnmək və öz həyatını, ətrafını risk altına atmaq deməkdir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə