Mobil versiya
Aqiyə Naxçıvanlı seçiciləri ilə onlayn qəbul keçirdi
Tarix: 02-06-2020 | Saat: 19:43
Bölmə:Manşet / Siyasət | çapa göndər

Aqiyə Naxçıvanlı seçiciləri ilə onlayn qəbul keçirdi




Ölkədə elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar vətəndaşlarla birbaşa ünsiyyət imkanı məhdud olduğundan 117 saylı Oğuz-Qəbələ dairəsindən Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı seçiciləri ilə onlayn görüş keçirdi. Görüşdə seçicilər öz müraciətlərini daha asan formada, evlərində oturaraq çatdırmaq imkanı əldə etdilər. Göstərdiyi diqqət və qayğıya görə seçiciləri Aqiyə xanıma minnətdarlıqlarını bildirdilər.

Vətəndaşların müraciətləri əsasən, sosial məsələlər, mənzil şəraiti, torpaq təyinatları, kommunal problemlər və s. məsələlərlə bağlı oldu. Onlayn görüşdə qaldırılan məsələlər araşdırılması və həlli üçün aidiyyəti qurumlara göndərilməsi məqsədi ilə qeydiyyata alındı.

Dövlətimizin gördüyü bütün təxirəsalınmaz tədbirlərə baxmayaraq, bəzi vətəndaşlarımızın parklarda, küçələrdə, ictimai yerlərdə sosial məsafəni qorunmaması, tibbi maskalardan istifadə etməməsi nəticəsində, dünyanı cənginə alan amansız Covid-19 virusuna yoluxma hallarının artmasından söz açan Aqiyə Naxçıvanlı, elə bu gün üçüncü oxunuşla Milli Məclisdə qəbul olunan “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi barədə seçicilərinə məlumat verdi. Məcəlləyə edilən dəyişikliklər pandemiya dövründə sanitar-gigiyena qaydalarının tələblərinin pozulmasına görə inzibati tənbeh hallarını müəyyən etdiyini və bu dövrdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimələrin müəyyənləşdiyini qeyd edən millət vəkili seçicilərinə özlərini, ailə üzvlərini, yaxın ətraflarını qorumağın vacibliyini bildirdi. O, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərə riayət etmələrinin vacibliyini vurğuladı. Milli Məclisdə təmsil etdiyi Oğuz və Qəbələ sakinlərinə möhkəm can sağlığı arzuladı.

Deputat Aqiyə Naxçıvanlının seçiciləri ilə onlayn görüşlərinin davam etdirilməsi nəzərdə tutulur.









AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

8650 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-07-2020
15-07-2020