Mobil versiya
Milli Məclisdə Kanada parlamentarisinin Dağlıq Qarabağa qanunsuz səfəri pislənildi
Tarix: 02-06-2020 | Saat: 11:58
Bölmə:Siyasət | çapa göndər

Milli Məclisdə Kanada parlamentarisinin Dağlıq Qarabağa qanunsuz səfəri pislənildi


Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev Milli Məclisin bu gün keçirilən iclasında Kanada Parlamentinin üzvü Reyçl Harderin Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən təşkil edilmiş qondarma rejimin nümayəndəsinə “təbrik məktubu”nu göndərməsini tənqid edib.

Trend-in məlumatına görə, T.Gəncəliyev Kanada parlamentinin üzvlərinə etiraz məktubu göndərdiyini deyib.

O qeyd edib ki, Reyçl Harderin köməkçisi erməni mənşəlli Kanada vətəndaşıdır: “Çox böyük ehtimalla həmin köməkçi deputat Reyçl Harderin saxta məlumatlarla təmin edib. Yaxşı olardı ki, deputat belə məlumatları əldə etdikdən sonra onu dəqiqləşdirərdi. Münaqişə ilə bağlı məsələni öbyektiv şəkildə öyrəndikdən sonra addım atardı. Kanada Azərbaycanın ərazi bütövlüyünü tanıyır və yüksək demokratik prinsiplərə, qanun aliliyinə önəm verir. Kanada kimi bir dövlətin parlamentarisinin belə bir addım atması təəssüf hissi doğurur”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024