Mobil versiya
Bu gün Milli Məclis maska taxmamağa görə cərimələri ikinci oxunuşda müzakirə edəcək
Tarix: 01-06-2020 | Saat: 09:00
Bölmə:Siyasət | çapa göndər

Bu gün Milli Məclis maska taxmamağa görə cərimələri ikinci oxunuşda müzakirə edəcək


Bu gün Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçiriləcək.

Trend-in məlumatına görə, iclasda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik ikinci oxunuşda müzakirə ediləcək.

Dəyişikliyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir.

Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena vəkarantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024