Mobil versiya
Könül Nurullayeva: "Beynəlxalq təşkilatlar Ermənistanın destruktiv davranışlarına sərt reaksiya verməlidir"
Tarix: 24-05-2020 | Saat: 14:46
Bölmə:Manşet / Siyasət | çapa göndər

Könül Nurullayeva: "Beynəlxalq təşkilatlar Ermənistanın destruktiv davranışlarına sərt reaksiya verməlidir"


“Ermənistanın bütün davranışları beynəlxalq hüququn norma və prinsipləri ilə ziddiyyət təşkil edir”.

Bunu Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Milli Məclisin üzvü qeyd edib ki, Azərbaycanın işğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma andiçmə mərasimi, bu şouya təcavüzkar ölkənin hökumət başçısı Nikol Paşinyanın da qatılması uzun illərdir davam edən destruktiv siyasətin davamıdır. “Bu, eyni zamanda onu göstərir ki, beynəlxalq qurumların, xüsusilə ATƏT-in Minsk Qrupu həmsədrlərinin işğalçı ilə öz dilində danışmağının vaxtı çoxdan çatıb. İşğalçı ilə işğala məruz qalan tərəf arasında fərq qoymağın vaxtıdır. Çünki bu davranış ilk növbədə sülh prosesinə zərbədir.

Halbuki vasitəçilər mütəmadi olaraq xalqların sülhə hazırlanması ilə bağlı çağırışlar edir. İşğalçı ölkə isə nəinki buna məhəl qoymur, hətta bu çağırışları intensiv şəkildə pozmaqdan çəkinmir”, - deyə Könül Nurullayeva bildirib.


Məsələ burasındadır ki, Azərbaycanın işğal altındakı ərazilərində qeyri-qanuni şəkildə təşkil olunan qondarma seçki və inauqurasiya şousu Nikol Paşinyanın xüsusilə beynəlxalq qurumların tribunasında münaqişənin əsl mahiyyətindən diqqət yayındırmaq, daha doğrusu, beynəlxalq ictimaiyyəti açıq şəkildə aldatmaq cəhdləri ilə də ziddiyyət təşkil edir: “Bu, bir daha təsdiqləyir ki, Ermənistan rəhbərliyinin mütəmadi olaraq "sülhpərvər" mövqe nümayiş etdirmək cəhdləri imitasiyadan başqa bir şey deyil.

Bu pozucu davranış birbaşa regionda "status-kvo"nun qorunub saxlanmasına hesablanıb. Amma bu, uzun müddət davam edə bilməz. Rəsmi Bakının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi prinsipial və aydındır. Azərbaycanın ərazi bütövlüyü heç bir halda danışıqlar predmeti olmayıb və olmayacaq”.

AİA.Az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024