Mobil versiya
ASRP Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edir
Tarix: 23-05-2020 | Saat: 19:46
Bölmə:Manşet / Ölkə | çapa göndər

ASRP Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edir



Hörmətli həmvətənlər!

Möhtərəm Prezident İlham Əliyev və vitse prezident xanım Mehriban Əliyeva!
Sizləri mübarək Ramazan bayramı münasibətilə Azərbaycan Sosial Rifah Partiyasının heyyəti adından səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımızi çatdırıram.
11 ayın sultanı hesab edilən mübarək Ramazan ayı öz bərəkəti, mərhəməti və xoş abu-havası ilə elimizə-obamıza bolluq və bərəkət gətirsin. Bağışlayan Allahdan mübarək Quranın nazil olduğu bu nurani ayda bütün müsəlmanlara sülh və əminamanlıq arzu edirəm.
Bildiyimiz kimi Ramazan əməllərimizi düşünməyin, mərhəmət, xeyriyyəçilik və fədakarlıq dəyərlərinin zamanıdır. Bu dəyərlər COVİD-19 pandemiyası ilə mübarizə dönəmində xüsusilə önəmlidir. O üzdən başda Cənab Preident İlham Əliyev və xanım Mehriban Əliyevanın qayğı və diqqəti olmaqla, Ramazan bayramında bizim sağlamlağımızın və təhlükəsizliyimizin keşiyində duran hər kəsə xüsusilə minnətdarlığımı bildirirəm.
Bu günlər ölkəmizin hər yerində xalqımızın əmin-amanlığı üçün dualar edilir, pandemiya ilə əlaqədar iftar süfrələri verilməsə də, müəyyən yardım aksiyaları keçirilir. Şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. İnanıram ki, bu müqəddəs bayram günlərində sizin dua və diləkləriniz Tanrı dərgahında qəbul ediləcək, Uca Yaradan öz mərhəmətini xalqımızdan əsirgəməyəcəkdir. Bir daha hər birinizi və ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı ürəkdən təbrik edir, ailələrinizə səadət, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.

Ramazan bayramınız mübarək olsun!

Əsli Kazımova
Azərbaycan Sosial Rifah Partiyasının Birinci müavini



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə