Mobil versiya
Deputat: "Bu gün rayonlar yaradılan şəraitə görə Bakı şəhərindən heç də geri qalmır"
Tarix: 22-05-2020 | Saat: 16:35
Bölmə:Manşet / Siyasət | çapa göndər

Deputat: "Bu gün rayonlar yaradılan şəraitə görə Bakı şəhərindən heç də geri qalmır"


Prezident İlham Əliyev bildirib ki, son 17 il ərzində bölgələrdə görülmüş işlərin ən azı 90 faizi bilavasitə ölkə başçısının təşəbbüsü ilə və dövlət proqramları çərçivəsində görülüb. Bura 16 min kilometr avtomobil yolu çəkilib, bütün elektrik təsərrüfatı demək olar ki, yenidən qurulması, ölkə boyunca qazlaşdırmanın başa çatdırılması, eləcə də 3500-dən çox məktəb, 700-dən çox tibb ocağı, 50-yə yaxın Olimpiya İdman Mərkəzi, Gənclər evləri, mədəniyyət sarayları, digər sosial obyektlər tikintisini qeyd edib. Eyni zamanda Prezident qeyd edib ki, bir çox hallarda icra hakimiyyəti başçısı öz iş otağından çıxmır. Bir çox işlər laqeydlik, biganəlik və məsuliyyətsizlik ucbatından həll olunmur. Halbuki elə məsələ var ki, heç böyük vəsait, böyük əziyyət tələb etmir. Azərbaycanda zaman-zaman bu mövzu gündəmə gəlir və sonuncu dəfə ölkə prezidenti bu mövzuya toxunduğu üçün yenidən məsələyə qayıtmaq və icra hakimiyyətlərinin mövcud səlahiyyətlərini qeyd etmək lazımdır. Azərbaycanda icra hakimiyyətlərinin yerlərdə fəaliyyətləri üçün geniş səlahiyyətləri var və təəssüf ki, Prezidentin də qeyd etdiyi kimi onlar bundan daha çox şəxsi maraqları üçün istifadə edir.

Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, bu gün dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının sosial rifahının yaxşılaşdırılması dayanır: "Cənab prezident 2018-ci ildə yenidən ölkə başçısı seçilən zaman hər bir sahədə islahatların aparılacağını qeyd etdi. Son iki ildə hər sahədə aparılan islahatlar öz bəhrəsini verməkdədir. İslahatlarla yanaşı bölgələrdə infrastrukturun inkişaf etdirilməsi də qarşıya qoyulan əsas məqsədlərdən biridir. Bu gün rayonlar yaradılan şəraitə görə Bakı şəhərindən heç də geri qalmır. Bölgələrdə insanlarımızın yaşayış şəraitin yaxşılaşdırılması və işlə təmin edilməsi dövlətimizin əsas məqsədlərindən biridir. Son 5 ildə təmsil etdiyim Lerik rayonunda demək olar ki, komunalla bağlı şikayətlər xeyli azalıb. Lerikdə insanlarımızın işlə təmin edilməsi üçün şadlıq sarayları, Lənkəran-Lerik yolu boyunca və rayonun digər ərazilərində 12 turizm istirahət əyləncə mərkəzi, onlarca ticarət və iaşə obyektləri, Piran kəndində kərpic, qum, çınqıl zavodu və broyler fabriki, Peştətük kəndində çörək zavodu, iki çörək sexi, süfrə suları istehsal edən sexlər inşa edilib. 4 yeni məktəbin tikintisi üçün cənab prezident tərəfindən 3 milyon manat vəsait ayrıldı. Hazırda iki kənddə qazlaşma işləri başa çatıb. Bu il daha 4 kənddə də qazlaşma işləri gedəcək. Lənkəran-Lerik yolunda da tikinti işləri yenicə yekunlaşıb. Bir sözlə bölgələrdə aparılan quruculuq işləri sayəsində rayonlarımız şəraitinə görə şəhərdən geri qalmır. Bundan əlavə vəzifəsindən asılı olmayaraq vətəndaşları incidən hər bir şəxs qanunla sərt şəkildə cəzalandırılır. Son bir ildə savadlı, dövlətinə və xalqına bağlı olan gənclərimiz icra başçısı vəzifələrinə təyin olunmaqdadır. Bu gün bu sahədə aparılan islahatlar müsbət nəticəsini verməkdədir. İnanıram ki, icra başçısı təyin olunan gənclər ölkə başçısının onlara göstərdiyi etimadı doğruldaraq təyin olunduqları bölgələrin inkişafı üçün çalışacaqlar".

Deputat vurğulayıb ki, Azərbaycanda icra olunan sosial infrastruktur layihələri hər bir vətəndaşın həyat şəraitini yaxşılaşdırıb və ölkəmizdə sosial dövlət qurulub: "İnsanların sosial rifahının yaxşılaşmasına xidmət edən əməkhaqları və pensiyalar son 17 ildə 7-9 dəfə artıb. Təkcə 2019-cu ildə iki dəfə icra olunan sosial paketlərlə əhalinin əməkhaqları və müavinətləri 2 dəfə, pensiyalar isə 70 faiz artmaqla 4,2 milyon vətəndaşın sosial rifahını kifayət qədər yaxşılaşdırıb. Tətbiq olunmuş karantin rejimi nəticəsində fəaliyyətlərinə məhdudiyyət qoyulmuş sahələrdə çalışan, dövlət sektorunda işləyən 910 min, qeyri-neft sektorunda çalışan 710 min insanın əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət büdcəsindən ödənilir. Ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatdırılır, işləməyən 600 min şəxsə isə 190 manat yardım verilməkdədir. Eyni zamanda, 15 min ahıla sosial xidmətlər təşkil olunub. Ümumiyyətlə, 2,5 milyon nəfərin sosial vəziyyətinə dəstək üçün dövlət büdcəsindən 3,5 milyard manat vəsait ayrılıb. Koronovirusla mübarizəyə cəlb olunmuş tibb personalının əməkhaqları müddətli olaraq 3-5 dəfə artırılıb. Azərbaycan xüsusilə pandemiya dövründə vətəndaşların rifahının yaxşılaşdırılması və verilən dövlət dəstəyinə görə dünyada lider yerlərdədir. Bütün bunlar bir daha sübut edir ki, Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməlində Azərbaycan vətəndaşı dayanır".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

81 097 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-05-2020
{sape_links}{sape_article}