Mobil versiya
Goranboy rayon İcra Hakimiyyətinin başçısı imtahan keçiriləcək məktəblərdə olub - FOTOLAR
Tarix: 21-05-2020 | Saat: 12:11
Bölmə:Gündəm / Təhsil | çapa göndər

Goranboy rayon İcra Hakimiyyətinin başçısı imtahan keçiriləcək məktəblərdə olub

Məlum olduğu kimi, Nazirlər Kabineti tərəfindən koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə görülən işlər, Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejimi müddətinin daha da uzadılması, o cümlədən təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin fəaliyyət istiqamətlərinə uyğun həyata keçirilən tədbirlərdə müəyyən dəyişikliklərin edilməsini zəruri edib.

Yaranmış vəziyyətlə əlaqədar buraxılış və qəbul imtahanları qaydalarında müəyyən dəyişikliklər edilib. Belə ki, 2020-ci ildə keçiriləcək imtahan və tədbirlərə dair müvəqqəti müddəalar təqdim olunub. Bütün imtahanlar yeni sanitar-gigiyenik qaydaları əsasında aparılacaq. İmtahan zallarında 15 nəfərdən çox olmamaq şərti ilə hər masa arxasında 1 şagird (abituriyent) əyləşəcək. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarından asılı olaraq imtahanların bölgələr üzrə keçirilməsi nəzərdə tutulur. Həmçinin buraxılış imtahanlarının iyun ayı ərzində, ali təhsil müəssisələrinə qəbul imtahanlarının 20 iyul tarixindən sonra 1 dəfə keçirilməsi planlaşdırılır. Əvvəlki illərdə olduğu kimi, müsabiqə buraxılış və qəbul imtahanlarında toplanılan ballar əsasında 700 ballıq şkala əsasında aparılacaq. Goranboy rayonunda da Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına, DİM-in tələb və tövsiyələrinə birmənalı şəkildə əməl olunur. Məktəblərdə imtahanların yüksək səviyyədə keçirilməsi üçün lazımi şərait yaradılır. Bu gün Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev adiyyəti məsul şəxslərlə birgə imtahan keçirilməsi nəzərdə tutulan məktəblərdə mövcud vəziyyətlə yerində tanış olmuşdur.

AIA.Az












Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024