Mobil versiya
“Elmi Araşdırmalar” İB sədri Telman Qasımov ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirləri ilə əlaqədar cərəyan edən hadisələrə öz münasibətini bildirib
Tarix: 19-05-2020 | Saat: 16:42
Bölmə:Siyasət | çapa göndər

“Elmi Araşdırmalar” İB sədri Telman Qasımov ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirləri ilə əlaqədar cərəyan edən hadisələrə öz münasibətini bildirib





Ölkəmizin bölgələrində son zamanlar rüşvət və korrupsiayaya qarşı mübarizə məsələsində ciddi addımlar atılır. Rayon icra hakimiyyəti başçılarının rüşvət, korrupsiya və büdcə vəsaitlərinin mənimsənilməsi məsələsi ilə bağlı yüzlərlə faktlar aşkarlandı.

Prezident İlham Əliyevin həyata keçirdiyi radikal islahatlara və bir neçə dəfə xəbərdarlıq etməsinə baxmayaraq bəzi yerli icra hakimiyyət başçıları və ayrı-ayrı məmurların qanunsuz əməllərlə məşğul olma faktları fonunda Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən təmizləmə əməliyyatlarının aparılması xüsusi yer tutur. Zaman-zaman xalqımızda böyük narazılıqlar yaradan bəzi oliqarx və məmur şəxslərin Azərbaycanımıza sanki şəxsi şirkəti kimi baxdıqları idi. Bu baxımdan dövlətimiz tərəfindən köklü islahatların başlanmasına böyük ehtiyac vardır. O cümlədən kimliyindən, tutduğu vəzifəsindən asılı olmayaraq, hamı ciddi məsuliyyət daşımalı və islahatlara uyğun addımlar atmalıdırlar. Bunu da bilsinlər ki, bundan sonra ölkədə məmur özbaşınalığına və korrupsiyaya qarşı ciddi mübarizə aparılacaq və dövlət xalq arasında birliyin fonunda dövlətçiliyimizin, müstəqilliyimizin və siyasi sabitliyinin qorunmasında yeni dövrün başlanması istiqamətində ciddi addımlar atılacaq. Vətəndaş-məmur münasibətlərində şəffaf yanaşmalar korrupsiya və rüşfət riskini minimuma endirəcək. Ümüd edirik ki, hakimiyyət ölkədə başlanan yeni siyasi-iqtisadi islahatların həyata keçirilməsində, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa və tərəfdaşlığa xüsusi ver verəcəkdir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5588 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-06-2020
04-06-2020
{sape_links}{sape_article}