Oqtay Şirəliyev: Azərbaycanda koronavirusdan ölüm halları 1,2 faiz təşkil edib
Tarix: 19-05-2020 | Saat: 14:14
Bölmə:Qərbi Azərbaycan | çapa göndər
Azərbaycan pandemiyaya qarşı vaxtında ciddi tədbirlər həyata keçirib ki, bunun da nəticəsində hazırda 10 milyon əhalisi olan ölkədə cəmi 3 274 yoluxma halı qeydə alınıb.
Trend-in məlumatına görə, bunu Səhiyyə naziri, professor Oqtay Şirəliyev 73-cü Ümumdünya Səhiyyə Assambleyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, həmin şəxslərin 2 015 nəfəri sağalıb, ölüm halları isə 1,2 faiz təşkil edib:
"Azərbaycan Prezidenti İlham Əliyev xalqa çağırışla müraciət edib ki: «Biz birlikdə güclüyük». Qeyd etmək istəyirəm ki, bu çağırış beynəlxalq səviyyədə də aktualdır. Yalnız səyləri birləşdirərək, məqsədyönlü, düşünülmüş fəaliyyət strategiyasını quraraq pandemiyaya qarşı mübarizədə uğur qazanmaq olar. Biz beynəlxalq təsisatlarla və dünya birliyi ilə bundan sonra da əməkdaşlıq etməyə hazır olduğumuzu bildiririk. Əminəm ki, bu gün nümayəndə heyətlərinin başçıları, beynəlxalq təşkilatların rəhbərləri tərəfindən səslənən dəyərli fikir və təkliflər koronavirusa qarşı birgə mübarizəmizə kömək edəcəkdir".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-11-2024
14-11-2024