Mobil versiya
Siyavuş Novruzov: Türk serialı xalq üçün Əli Kərimlinin sərsəmləməsindən daha üstündür
Tarix: 19-05-2020 | Saat: 11:31
Bölmə:Siyasət | çapa göndər

Siyavuş Novruzov:


Təklif edirəm ki, Azərbaycan xalqına qarşı hər hansı bir şəxsin sözü cinayət məsuliyyəti ilə ölçülsün, bununla bağlı tədbir görülsün.

Trend-in məlumatına görə, bu təklifi Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

S.Novruzov bildirib ki, milli sözünü də biabır edən "Milli Şura" dərnəyi keçirdikləri videokonfrans zamanı Azərbaycan xalqına qarşı hörmətsiz ifadələr səsləndirib:

“Onlar öz əxlaqlarına uyğun məsələlərin müzakirəsinə həsr etdikləri görüşdə xalqın qarşı pis ifadələr işlədiblər. Bunlar barəsində tədbirlər görülməlidir. Xalqı təhqir edirlər ki, insanlar seriala baxır, bunlara baxmır. Demək, insanlar serialı sizdən üstün tutur, türk serialı xalq üçün Əli Kərimlinin sərsəmləməsindən daha üstündür, xalq bunları bəyənmir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024