Mobil versiya
İbrahim Məmmədov: Yumşaldılmış karantin dövründə yoluxma halları olsa da, vəziyyət idarəolunandır
Tarix: 15-05-2020 | Saat: 17:47
Bölmə:Gündəm | çapa göndər

İbrahim Məmmədov:


Yumşaldılmış karantin dövründə yoluxma halları müşahidə olunsa da, vəziyyət idarəolunandır.

Trend-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, aidiyyəti qurumların yaratdığı maddi-texniki baza imkan verir ki, karantin qaydalarında yumşalma tədbirləri görülsün:

"İki ay ərzində karantin dövründə koronavirusa qarşı mübarizə üçün ölkə daxilində məhsulların istehsalına başlamışıq. Bəzi məhsullar üzrə idxalı minumuma endirmişik, bəzi məhsullar üzrə isə idxala ehtiyac olmayıb. Sumqayıtda gündə 200 min maska istehsal gücü olan 1, sonra isə gündə 300 min istehsal gücü olan daha bir zavod açıldı. Artıq birdəfəlik kombinezon istehsalına başlamışıq. Gündə 6 min kombinezon istehsal ediləcək. Modul tipli xəstəxanaların da tikintisinə başlanılıb. Artıq tibbi heyətin təşkilati gücü var. Ona görə də bugünkü gücümüz bizə yumşalma tədbirləri görməyə imkan verir".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

51 015 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-05-2020
{sape_links}{sape_article}