Mobil versiya
British Council “Mehmanxana inzibatçısı ixtisası üzrə kadrların təkmilləşdirilməsi və iş üzrə təcrübə proqramı” çərçivəsində müəllimlər üçün təlim keçirdi
Tarix: 03-03-2016 | Saat: 12:28
Bölmə:Təhsil / Manşet2 / Karusel | çapa göndər



Bakı, 2 mart 2016-ci il – British Council, Təhsil Nazirliyi və turizm sənayesi (otellər) ilə birlikdə ilk peşə-ixtisas təhsili sahəsində pilot layihə həyata keçirir. Layihənin əsas məqsədi müvafiq sahə üzrə müəllimlərin potensialının artırılması, milli standartlara və kvalifikasiyalara uyğun müvafiq kurrikulumun hazırlanması və şagirdlər üçün iş üzrə təcrübə proqramının həyata keçirilməsinə imkan yaratmaqdır. Layihə çərçivəsində 23-25 fevral 2016-cı il tarixlərində 12 müəllimin iştirakı ilə otelçilik, fəal istirahət, səyahət və turizmə dair təlim keçirilmişdir.

Böyük Britaniyadan dəvət olunmuş təlimçi – Jeyn Norman, master təlimçi və texniki müəllif, People1st təşkilatı – 23-25 fevral 2016-cı il tarixlərində 12 müəllimin iştirakı ilə otelçilik, fəal istirahət, səyahət və turizmə dair təlim keçmişdir. Təlimdə iştirak edən müəllimlər tərəfindən 2016-cı ilin aprel-may ayları ərzində layihə çərçivəsində tərtib olunmuş kurrikuluma uyğun olaraq şagirdlər üçün təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Şagirdlər (50 şagird) üçün təlimlər 5 nömrəli Bakı peşə liseyində keçiriləcək iki həftə nəzəri təlim və daha sonra Bakıda yerləşən otellərdə 6 həftəlik təcrübəyə əsaslanan təlimlərdən ibarət ümumilikdə 8 həftəlik təlim proqramında iştirak edəcəklər.

Pilot layihənin davamı olaraq 2016-2017-ci tədris ilində 5 nömrəli Bakı Peşə Liseyində bir illik Mehmanxana İnzibatçısı ixtisası üzrə kadrların təkmilləşdirilməsi və iş üzrə təcrübə proqramı tədris edilməsi nəzərdə tutulur.

Ətraflı məlumat əldə etmək üçün buyurub əlaqə saxlaya bilərsiniz:

Nigar Nəsrullayeva | Təhsil İşləri üzrə İcraçı

British Council | 8-ci mərtəbə, Landmark III, Nizami küməsi 90 A | Bakı AZ1010 | Azərbaycan

T +994 12 497 1593 | F + 994 12 498 9236

nigar.nasrullayeva@britishcouncil.az | www.britishcouncil.az

British Council Birləşmiş Krallığın mədəniyyət və təhsil məsələləri üzrə beynəlxalq təşkilatıdır. British Council 109 ölkədə fəaliyyət göstərir. Təşkilat Britaniya əhalisi və başqa xalqlar arasında qarşılıqlı anlaşmanın və münasibətlərin qurulması və digər ölkələrdə Birləşmiş Krallıq ideya və nailiyyətlərinin tanınması istiqamətində çalışır. British Council bərabər imkanlar siyasətini rəhbər tutur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5643 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-06-2020
03-06-2020
{sape_links}{sape_article}