Mobil versiya
Əli Mirzəyev: “Vətəndaşlar bu məsələyə görə göstərdikləri sərt mövqedə tamamilə haqlıdırlar...”
Tarix: 14-05-2020 | Saat: 14:14
Bölmə:Siyasət | çapa göndər

Əli Mirzəyev: “Vətəndaşlar bu məsələyə görə göstərdikləri sərt mövqedə tamamilə haqlıdırlar...”





Şirvan Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin direktoru əməkdaşımızın suallarını cavablandırıb

- Əli müəllim, bildiyiniz kimi, son günlər Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində Yevlax şəhərinin və Ağstafa, Biləsuvar, İmişli və Neftçala rayonlarının icra hakimiyyəti başçıları, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələri həbs olunmuşlar. Sizcə vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun cinayət-hüquqi tədbirlərin görülməsini zəruri edən hansı səbəblər olmuşdur?

- Son zamanlar bəzi dövlət məmurlarının qanuna zidd əməlləri haqqında vətəndaşlar tərəfindən mərkəzi orqanlara, xüsusilə Respublika Prezidentinə şikayətlər daxil olurdu. Bütün bunları nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə Dövlət Təhlükəsizliyi Xidməti xüsusi əməliyyatlar keçirdi və bir neçə rayonun yüksək vəzifəli şəxsləri həbs olundular. Bununla da ölkə başçısı vətəndaşların müraciətlərinə daim diqqətlə yanaşdığını bəyan etdi.

- Yüksək vəzifəli dövlət qulluqçuları tərəfindən yol verilən korrupsiya əməllərinin qarşısı qətiyyətlə alınmadığı halda, bu kimi əməllərin cəmiyyətimizdə daha hansı fəsadlara yol aça biləcəyinə dair nə kimi fikirləriniz var?

- Dövlət məmurlarının qanuna zidd əməllərinin qarşısı vaxtında alınmasaydı həm vətəndaşlara, həm dövlət büdcəsinə külli miqdarda maddi ziyan dəyərdi, ən əsası isə insanların hökumətə, dövlətin digər qurumlarına inamı azalar, nəticədə xaos, hərci-mərcilik yaranardı.

- Bu gün biz böyük təəccüb və təəssüf hissi ilə aşkar edirik ki, bir tərəfdən erməni təcavüzkarlığı nəticəsində onsuz da çoxsaylı vandalizmə məruz qalmış mədəniyyətimizi bir tərəfdən də öz məmurlarımız, həm də əslində bu mədəniyyətin keşiyində durmalı olan məmurlar talan etməklə məşğuldurlar. Sizcə, belələrinə qarşı qanunun ən sərt formada tətbiqini tələb edən cəmiyyətimiz nə dərəcədə haqlıdır?

- Hesab edirəm ki, erməni vandalizmi mədəniyyətimizə, tariximizə çox ciddi ziyan vurmuşdur. Bu ziyanın aradan qaldırılması həm çox zaman, həm də maddi vəsait aparacaqdır. Belə bir şəraitdə bu sahəyə məsul olan yüksək rütbəli dövlət məmurlarının belə çirkin əməlləri yolverilməzdir. Cəmiyyət bu cür halları pisləyir və onlara qarşı ən sərt cəza tədbirlərinin tətbiq edilməsini tələb edir. Mənə elə gəlir ki, vətəndaşlar bu məsələyə görə göstərdikləri sərt mövqedə tamamilə haqlıdırlar.

- Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2018-ci ildən bəri həyata keçirilən hüquqi, institusional və kadr islahatlarının əsas xətlərindən biri kimi korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi yönümündə atılan addımları, fikrinizcə, effektiv hesab etmək olarmı?

- Məsələnin kökündən həll edilməsi barədə danışmaq hələ tezdir, amma cənab Prezidentin istər son zamanlar apardığı kadr islahatları sahəsindəki siyasəti, istərsə də korrupsiya ilə mübarizə yönümündə atdığı addımlar onu deməyə əsas verir ki, qısa bir zamanda məsələnin tam həlli barədə danışmaq mümkün olacaqdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024