Mobil versiya
Hikmət Hacıyev: Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə koronavirusa qarşı ciddi mübarizə aparılır
Tarix: 13-05-2020 | Saat: 17:14
Bölmə:Siyasət | çapa göndər

Hikmət Hacıyev:


Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə koronavirus pandemiyasına qarşı ciddi mübarizə aparılır. Görülən işlər beynəlxalq ictimaiyyət tərəfindən yüskək qiymətləndirilir və Azərbaycan dünyada nümunə kimi göstərilir.

Trend-in məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

H.Hacıyev bildirib ki, Azərbaycan milli səviyyədə naliyyətlərin davamı olaraq, beynəlxalq səviyyədə də görülən tədbirləri dəstəkləyir. Azərbaycan Prezidentinin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının zirvə toplantısı keçirildi. Bütün bunlar Azərbaycanın qlobal əməkdaşlığa verdiyi mühüm töhfədir.

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri əlavə edib ki, xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi istiqamətində də tədbirlər davam etdirilir.

O bildirib ki, “Evə gedirəm” portalı çırçivəsində 540-dan artıq Azərbaycan vətəndaşının gətirilməsi təmin edilib. Digər ölkələrdən də çoxlu sayda Azərbaycan vətəndaşı ölkəmizə gətirilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024