Mobil versiya
Xəyanətin cəzası çox ağır, sərt olmalıdır...
Tarix: 13-05-2020 | Saat: 13:46
Bölmə:Manşet / Gündəm | çapa göndər

Xəyanətin cəzası çox ağır, sərt olmalıdır...




Azad İstehlakçılar İB Şirvan şəhər şöbəsinin rəhbəri Rafiq Rəsulovun müsahibəsi

- Məlum olduğu kimi, son günlər Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində Yevlax şəhərinin və Ağstafa, Biləsuvar, İmişli və Neftçala rayonlarının icra hakimiyyəti başçıları, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələri həbs olunmuşlar.
Sizcə vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun cinayət-hüquqi tədbirlərin görülməsini zəruri edən hansı səbəblər olmuşdur?


- Son vaxtlar Dövlət Başçısının iki il əvvəldən həyata keçirməyə başladığı hərtərəfli islahatlar prosesində cənab Prezident xalqla birbaşa təmas qurmağa başladı və bu zaman məmurlarn ona yalan danışdığını başa düşdü. Məmurlar cənab Prezidentə “hər şey əladır” dedikləri kimi, “balıq başdan iylənər” mesajını da xalqa ötürərək, xalqın ümidini öldürür, guya bu həyat normasına çevrilmiş qudurmuş rüşvətxorluğun, dəli korrupsiyanın başında ali hakimiyyətin dayandığı fikrini xalqa sırımaqla xalqı qorxutmağa çalışır və dərə xəlvət, tülkü bəy taktikası ilə öz iyrənc əməlləri ilə məşğul olurdular. Burda Nizaminin “İtlə çobanın dostluğu” əsəri yada düşür. Cənab Prezidentin ən uğurlu kadrı Əli Nağıyevdir desəm, yanılmaram. Keçmiş MT naziri E.Mahmudov ölkədə sahibkarlara qənim kəsilmişdi, Əli Nağıyev oğrulara, korrupsionerlərə, rüşvətxorlara qənim kəsilib. Təbii ki, cənab Prezident islahatların həyata keçirilməsində bu məmurların maneə olacağını bilirdi və məhz ona görə kadr islahatlarını ali hakimiyyət orqanlarından başladı. Bu korrupsionerlər xərçənğ xəstəliyi kimi bütün ranqlara metastaz edib. Bu səbəbdən Prezident qəti addımlar ataraq korrupsiya, rüşvətxorluq epidemiyasının kökünü kəsməyə məcbur oldu.

- Yüksək vəzifəli dövlət qulluqçuları tərəfindən yol verilən korrupsiya əməllərinin qarşısı qətiyyətlə alınmadığı halda, bu kimi əməllərin cəmiyyətimizdə daha hansı fəsadlara yol aça biləcəyinə dair nə kimi fikirləriniz var?

- Yüksək vəzifəli dövlət məmurlarının korrupsiyaya uğraması xalqa və dövlətə xəyanətdir. Xalqla hakimiyyət arasında uçurum yaranır, bu da dövlətin süqutuna səbəb ola bilir. SSRİ-nin süqutunun səbəblərindən biri də bu idi. Xalq hər hansı dövlətin əsasıdır. Ulu öndərimiz, rəhmətlik H.Əliyev xalqa söykənərək müstəqil Azərbaycanı qura bildi. Xalqın iqtidara inamı, etimadı çox vacibdir. Bu gün həyata keçirilən daxili və xarici siyasət cənab Prezidentin nüfuzunu xaricdə necə yüksəldirsə, daxildə də xalqın inamı və etimadı çox yüksəkdir. Keçirilən son sorğular reytinqin 95 faizi keçdiyini göstərir. Dünyanın heç bir dövlət başçısı bu reytinqə malik deyildir. Bu gün xalqımızın İ.Əliyevə inamı sarsılmazdır.

- Bu gün bzi böyük təəccüb və təəssüf hissi ilə aşkar edirik ki, bir tərəfdən erməni təcavüzkarlığı nəticəsində onsuz da çoxsaylı vandalizmə məruz qalmış mədəniyyətimizi bir tərəfdən də öz məmurlarımız, həm də əslində bu mədəniyyətin keşiyində durmalı olan məmurlar talan etməklə məşğuldurlar. Sizcə, belələrinə qarşı qanunun ən sərt formada tətbiqini tələb edən cəmiyyətimiz nə dərəcədə haqlıdır?

- İki yüz ildir rəzil haylar ağalarının himayəsi ilə yalnız torpaqlarımıza sahiblənməklə kifayətlənməyib, bizim maddi mədəni sərvətlərimizə də, etnoqrafiyamıza, mətbəximizə də şərik çıxırlar. Tarixi Alban kilsələrindən tutmuş lavaş, dolma, “Sarı Gəlin”ə kimi minlərlə maddi-mədəni sərvətlərimizi öz adlarına çıxmağa can atırlar. Az qalırlar Nizaminin, Füzulinin, Əcəminin də erməni olduğunu iddia etsinlər. Belə bir vəziyyətdə mədəniyyətimizi, tariximizi qorumalı olan insanlar çox vətənsevər, xalqsevər, dövlətə sədaqətli olmalıdırlar. Bəs bu məmurlar nə ediblər, xəyanət ediblər. Xəyanətin cəzası çox ağır, sərt olmalıdır. Çox yaxşı haldır ki, bu xəyanətkarların hərəkətləri televiziya kanallarında, kiv-də xalqa nümayiş etdirilir. Cənab Prezident vəzifəyə yeni təyin etdiyi məmurlara canlı yayımda verdiyi göstərişlər, tapşırıqlar, öyüdlər xalqın ürəyindəndir.

- Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2018-ci ildən bəri həyata keçirilən hüquqi, institusional və kadr islahatlarının əsas xətlərindən biri kimi korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi yönümündə atılan addımları, fikrinizcə, effektiv hesab etmək olarmı?

- Prezidentin 2018-ci ildən bəri keçirdiyi köklü islahatlar Parlamentdən də yan keçmədi. Əvvəlki parlament vaxtından əvvəl buraxıldı, 6-cı çağırış Parlament seçkisi keçirildi. Əvvəlkindən keyfiyyətcə yüksək, müxalif partiyaların daha çox təmsil olunduğu, daha gənc tərkibli, çevik, operativ, aparılan islahatlara adekvat bir MM formalaşdı.Yeni MM sürətli islahatlara yeni qanunverici baza hazlrlamaqdadır. Bu da seçki islahatının uğurudur. MM Prezidentin rüşvətxorluq, korrupsiya ilə mübarizəsinə adekvat qanunlar hazırlamalıdır. Məmurların gəlir bəyannaməsi, maliyyə amnistiyası bu qəbildəndir. Hesab edirəm ki, həyata keçirilən tədbirlər effektiv olacaq və yaxın zamanda korrupsiyanın kökü kəsiləcək.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024