Mobil versiya
Azərbaycanda daha 77 nəfər koronavirusa yoluxub, 15 nəfər sağalıb - Operativ Qərargah
Tarix: 07-05-2020 | Saat: 17:21
Bölmə:Manşet / Gündəm | çapa göndər

Azərbaycanda daha 77 nəfər koronavirusa yoluxub, 15 nəfər sağalıb -


Azərbaycan Respublikasında 77 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə 2204 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1551 nəfər müalicə olunaraq sağalıb, 28 nəfər vəfat etmiş, 625 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 25 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 175.910 test aparılıb.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024