Mobil versiya
Kamaləddin Qafarov: Azərbaycan regionun lider dövlətinə çevrilir
Tarix: 07-05-2020 | Saat: 10:58
Bölmə:Manşet / Siyasət | çapa göndər

Kamaləddin Qafarov:


Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə "COVID-19-a qarşı birlikdəyik" mövzusunda Zirvə görüşünün keçirilməsi Azərbaycana və onun rəhbərinə olan böyük hörmət, etibar və etimadın bariz nümunəsidir.

Bunu aia.az-a açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov bildirib.

Deputat deyib ki, koronavirus pandemiyası dünyada vəziyyəti tamamilə dəyişib və nəticədə yeni reallıqlar meydana çıxıb. Azərbaycanda yaranmış vəziyyətə çevik və adekvat reaksiya verilir. Ölkəmizin təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının koronavirusa qarşı Təmas Qrupunun Zirvə görüşü bunu bir daha təsdiq edir. Bu görüşdə Prezident İlham Əliyevin geniş və faktlara əsaslanan çıxışı, ölkəmizdə koronavirus pandemiyasına qarşı aparılan tədbirlər haqqında ətraflı məlumat verməsi iştirakçı liderlərin böyük marağına səbəb olmuşdur.Prezidentimizin də qeyd etdiyi kimi, pandemiyanın bəşəriyyəti bürüdüyü indiki şəraitdə dünyanın əməkdaşlığa böyük ehtiyac var:

“COVID-19 qlobal pandemiyası bütün dünya dövlətlərinə mənfi təsir göstərir. Heç bir ölkə bundan sığortalanmayıb. Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVID-19-a qalib gələ bilərik. Bu tədbir göstərir ki, ölkəmizdə koronavirus pandemiyası ilə bağlı formalaşan yeni reallıqlara, yaranmış vəziyyətə çox düzgün və adekvat reaksiya verilir. Azərbaycanın bu istiqamətdə atdığı addımlar beynəlxalq səviyyədə dəstəklənməklə yanaşı, əksər ölkələrdə maraqla öyrənilir və tətbiq olunur. Başqa sözlə deyilsə , Azərbaycan pandemiyaya qarşı mübarizə sahəsində nümunəvi ölkə kimi təqdir olunur".

Millət vəkili qeyd edib ki, COVID-19 qlobal pandemiyası bütün dünya dövlətlərinin iqtisadiyyatına, xüsusilə insanların sağlamlığına mənfi təsir göstərir. Təbii ki, heç bir ölkə bundan sığortalanmayıb. Dövlətimizin başçısı İlham Əliyev Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşündə bu reallığı bir daha diqqətə çatdıraraq bildirmişdir ki, özündə qarşılıqlı dəstəyi, müştərək mübarizə yolunu ehtiva edən birgə səylərlə COVID-19-a qalib gəlmək mümkündür. Hər bir ölkə öldürücü virusla mübarizədə özünəməxsus konsepsiya irəli sürərək bu istiqamətdə ciddi addımlar atmalıdır:

"Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatına üzv olan dövlətlərin üçdə ikisini özündə birləşdirdiyindən, bu ölkələrin ortaya qoyduğu mübarizənin effektivliyini açıq şəkildə görmək mümkündür. Azərbaycanın pandemiyaya qarşı mübarizə istiqamətində atdığı addımların davamlılığı göz önündədir. Məqsəd insanların sağlamlığını təmin etmək, həmçinin pandemiyanın iqtisadi və sosial fəsadlarını aradan qaldırmaqdır. Pandemiya şəraitində Azərbaycanda makroiqtisadi və maliyyə sabitliyini təmin etmək, məşğulluq problemlərini həll etmək istiqamətində görülən işlərdən geniş bəhs edən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, ölkədə sözügedən məqsədlə 3,5 milyard manat məbləğində sosial-iqtisadi dəstək paketi qəbul olunub".

Millət vəkili dövlətimizin başçısının Zirvə görüşündə çox vacib bir təklifini də xüsusi vurğulayıb. O, qlobal həmrəyliyin nümunəsi kimi Qoşulmama Hərəkatının üzv ölkələri olaraq BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsini irəli sürdü. Bu çox mühüm məsələ Azərbaycan Prezidentinin qlobal çağırışlara reaksiyasının bariz göstəricisidir.

K.Qafarov bildiribr ki, "COVID-19-a cavab olaraq Qoşulmama Hərəkatının Təmas Qrupunun onlayn səviyyəli Zirvə görüşü”nün Bəyannaməsində əksini tapan 18 maddənin hər birində birlik, həmrəylik çağırışı aydın ifadə olunub. Bəyannamədə xüsusi vurğulanır ki, bəşəriyyət üçün ciddi problem olan, birlik, həmrəylik və yenilənmiş çoxtərəfli əməkdaşlığa əsaslanmaqla qlobal reaksiya tələb edən COVID-19-un sürətlə yayılmasından ciddi narahatlıq ifadə edərək Birləşmiş Millətlər Təşkilatının üzv dövlətləri milli, regional və beynəlxalq səviyyələrdə bu bəlaya qarşı mübarizə aparmaq istiqamətində əməkdaşlıqlarını möhkəmləndirməlidirlər:

"Bəyannamədə sədrlik tərəfindən mümkün dəstək və köməklik üçün bütün donor ölkələrə, beynəlxalq humanitar təşkilatlara, beynəlxalq maliyyə institutlarına,sosial məsuliyyət layihələri həyata keçirən transmilli özəl təsisatlara və başqalarına təqdim olunacaq Qoşulmama Hərəkatına üzv dövlətlərin əsas humanitar, tibbi ehtiyac və tələbatlarını ehtiva edən məlumat bazasının işlənməsi məqsədilə Qoşulmama Hərəkatının İşçi Qrupunun yaradılması təklifi də beynəlxalq miqyasda müsbət reaksiya doğurmuş, razılıqla qarşılanıb".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024