Mobil versiya
Rusiyalı ekspert: Ermənistandakı biolaboratoriyalar beynəlxalq böhran amilinə çevrilir
Tarix: 06-05-2020 | Saat: 11:53
Bölmə:Siyasət | çapa göndər

Rusiyalı ekspert:


Ermənistandakı biolaboratoriyalar ABŞ-la Çin arasında yeni böhranın amilinə çevrilir.

Bunu Trend-ə rusiyalı politoloq Aleksandr Karavayev Rusiya tərəfinin Ermənistan ərazisində fəaliyyət göstərən və Pentaqon tərəfindən maliyyələşdirilən biolaboratoriyalara girişinə imtina olunması qərarını şərh edərkən deyib.

Politoloq bildirib ki, Pekin diqqəti Ermənistanda bu biolaboratoriyaların mövcudluğu faktına yönəldib:

“Ermənistandakı biolaboratoriyalarla əlaqədar elə kontekst formalaşır ki, bundan sonra Moskvadan daha çox Pekin oraya giriş hüququnda təkid edəcək. Həm ABŞ, həm də Çin bir-birini bioloji və toksik silahların qadağan olunması barədə Konvensiyanı pozmaqda ittiham edəcək. Vaşinqton iddia edəcək ki, Konvensiya Uhanda laboratoriyada sızma faktı baxımından pozulub. Pekin də, təbii olaraq, onu vurğulayacaq ki, amerikalılar öz ərazilərində fəaliyyət göstərən laboratoriyalara giriş hüququ barədə protokolu imzalamayıb və Ermənistanda yenilərini yaradır. Bu məsələdə Moskvanın mövqeyi çox vacibdir. Maraqlıdır ki, 2014-cü ildən Moskva bioloji silah tətbiq olunacağı təqdirdə yardım göstərilməsi üçün səyyar tibbi-biloloji çevik reaksiya dəstələri yaratmağı dəfələrlə təklif edib. Amma bu təkliflər havada qalıb”.

Xatırladaq ki, Yerevanın rusiyalı mütəxəssislərin biolaboratoriyalara girişinə imtina etməsi fonunda Pekin Ermənistanda fəaliyyət göstərən Amerika bioloji laboratoriyaların bütün region üçün təhdid törətdiyi məsələsində Moskva ilə həmrəylik nümayiş etdirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-01-2025