Mobil versiya
Aydın Hüseynov: Azərbaycan koronavirusa qarşı effektiv mübarizə sahəsində nümunəvi ölkədir
Tarix: 05-05-2020 | Saat: 16:13
Bölmə:Siyasət | çapa göndər

Aydın Hüseynov:


Azərbaycan koronavirusa qarşı effektiv mübarizə sahəsində nümunəvi ölkədir.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Heseynov deyib.

A.Hüseynov bildirib ki, Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünün keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzuna öz müsbət təsirini göstərməkdədir:

"MDB məkanında ilk dəfə olaraq belə bir mötəbər quruma rəhbərlik etmək və dünyadanın əksər ölkələrində ciddi fəsadlar törədən pandemiyaya qarşı mübarizədə bütün dövlətləri birləşdirməyə çalışmaq Azərbaycanın humanist siyasətə sadiq olduğunu və milliyətindən asılı olmayaraq dünyada yaşayan bütün insanların sağlamlığının qorunmasına öz töhfəsini verdiyinin əyani göstəricisidir. Çünki pandemiyanın ağır faciələrindən qurtulmaq üçün bütün ölkələrin və beynəlxalq təşkilatların həmrəyliyi son dərəcə vacibdir. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən Zirvə görüşündə bütün bu və digər mühüm məsələlərə toxunuldu və vəziyyətdən birlikdə çıxış yoluna aydınlıq gətirildi. Dövlətimizin başçısı ölkəmizdə pandemiyaya qarşı aparılan mübarizə barədə qurumun üzvlərinə ətraflı məlumat verdi.

Azərbaycanda koronavirus xəstələrinin müalicəsi üçün 20-dən artıq xəstəxana ayrılıb. Virusun diaqnostikası və müalicəsi üçün zəruri olan laborator testlər, bəzi tibb avadanlığı və ləvazimatlar Azərbaycana gətirilib. Testlərin aparılması üçün ölkədə 23 laboratoriya fəaliyyət göstərir. İndiyə kimi ölkə üzrə 160 mindən artıq test keçirilib.

Daxili tələbatı ödəmək üçün qısa müddət ərzində qoruyucu və digər tibbi ləvazimatların istehsalına başlanılıb.

Beləliklə, həyata keçirilən bütün bu tədbirlər nəticəsində kütləvi yoluxma hallarının qarşısı alınıb. Son üç həftə ərzində ölkəmizdə xəstəliyə yoluxanların sayı ilə sağalanların sayı arasındakı fərq müsbətdir. Pandemiya dönəmində biz bir daha həkimlərimizin peşəkarlığının şahidi oluruq".

A.Hüseynov vurğulayıb ki, Azərbaycan koronavirus xəstələrinin müalicəsi sahəsində öz təcrübəsini Qoşulmama Hərəkatının digər üzv dövlətləri ilə bölüşməyə və bu sahədə əməkdaşlığa hazırdır:

"Respublika Prezidenti İlham Əliyev pandemiyaya qarşı mübarizədə Azərbaycan modelinin müsbət nəticələri barədə danışmaqla bu təcrübəni digər ölkələrlə bölüşməyə hazır olduğunu bildirməsi Qoşulmama Hərəkatına üzv ölkələr tərəfindən son dərəcə yüksək qarşılandı.

Məhz bu səbəbdən də Qoşulmama Hərəkatının Təmas Qrupunun onlayn səviyyəli Zirvə görüşündə qəbul edilən birgə bəyannamədə Prezidentimiz İlham Əliyevin fəaliyyəti xüsusilə vurğulandı".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024