Mobil versiya
Deputat: “Bu gün bütün sahələrdə islahatların nəticələri vətəndaşlar tərəfindən də yüksək qiymətləndirilir”
Tarix: 04-05-2020 | Saat: 16:12
Bölmə:Manşet / Siyasət | çapa göndər

Deputat:


“Təcrübə göstərir ki, həyata keçirilən köklü islahatlar birbaşa dövlət idarəçiliyinin səmərəliliyini artırır. Bu mənada Azərbaycan təcrübəsi, Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşan islahatlar, bütün sahələrdə əldə edilən effektivlik heç şübhəsiz, aparılan sistemli işin nəticəsidir”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, Azərbaycanda iqtisadi sahədə əldə edilmiş müsbət tendensiyalar da aparılan islahatların məntiqi davamıdır: “Şübhəsiz, dövlət başçımız da hər zaman vurğulayır ki, siyasi müstəqilliyin əsasında həm də iqtisadi müstəqillik dayanır və Azərbaycan xalqının maraqlarını, dövlət maraqlarını qorumaq üçün dövlət öz iqtisadi imkanlarını maksimum şəkildə səmərəli istifadə edir.

Təsadüfi deyil ki, pandemiyaya baxmayaraq, bu ilin birinci rübündə iqtisadiyyat 1,1 faiz, qeyri-neft iqtisadiyyatı 3 faizdən çox artıb. İqtisadi sahədə müşahidə edilən artım dinamikası paralel olaraq sosial siyasətin imkanlarını daha da genişləndirir, bu sahədə genişmiqyaslı proqramların icrasına zəmin yaradır ki, bu da nəticə etibarı ilə əhalinin sosial rifahının yaxşılaşmasına xidmət edir.

2019-cu ildə 4,2 milyon insanın sosial vəziyyətinin yaxşılaşması, minimum əməkhaqları, pensiyalar, müavinətlərin əhəmiyyətli dərəcədə artması, eləcə də koronavirus pandemiyası ilə əlaqədar bu istiqamətdə əlavə addımların atılması da təsdiqləyir ki, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun rifahı dayanır”.

K.Nurullayeva vurğulayıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi sistemli kadr siyasəti də birbaşa dövlətçiliyə və dövlət idarəçiliyinin daha da güclənməsinə hesablanıb: “Kadr islahatları yeni peşəkar, intellektual, müasir kadrların önə çəkilməsinə imkan verir. Heç şübhəsiz, gənc kadrlar onlara göstərilən bu etimadı ən yüksək səviyyədə doğrultmağa çalışmalıdır. Cənab Prezidentin də vurğuladığı kimi, istənilən sahədə kadrlar dövlətə, xalqa bağlı, vətənpərvər olmalıdırlar. Onlar üçün dövlət maraqları hər şeydən üstün olmalıdır - istər Azərbaycanda, istərsə də ölkə hüdudlarından kənarda. Bu vaxta qədər aparılan uğurlu xarici siyasət strategiyası nəticəsində Azərbaycan beynəlxalq arenada mövqelərini möhkəmlətməyə nail olub.

Düzgün siyasət ona gətirib çıxarıb ki, xarici təsirlərdən və ya daxili qarşıdurmalardan sarsılan əksər ölkələrdən fərqli olaraq, Azərbaycan sabitlik adasına, konstruktiv əməkdaşlıq platformasına çevrilib. Dövlət başçısının və xalqın etimad göstərdiyi yeni kadrlar da bu siyasətə sadiq olmalı, milli və dövlətçilik maraqlarının qorunmasını fəaliyyət istiqamətinin prioritetinə çevirməlidirlər. Bu kontekstdə davam edən islahatlar Azərbaycanı gücləndirir, ölkənin gələcək dayanıqlı inkişafını şərtləndirir. Bu gün bütün sahələrdə islahatların nəticələri vətəndaşlar tərəfindən də yüksək qiymətləndirilir. Çünki cənab prezidentin də bəyan etdiyi kimi, islahatlara alternativ yoxdur”.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024