Mobil versiya
Azərbaycanda daha 40 nəfərdə koronavirus aşkarlandı - 46 pasiyent sağaldı
Tarix: 02-05-2020 | Saat: 16:07
Bölmə:Manşet | çapa göndər

Azərbaycanda daha 40 nəfərdə koronavirus aşkarlandı



Azərbaycanda 40 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 46 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AİA.az-a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə 1894 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1411 nəfər müalicə olunaraq sağalıb, 25 nəfər vəfat edib, 458 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 23 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 152 597 test aparılıb.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5475 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-06-2020
04-06-2020
{sape_links}{sape_article}