Argentina–İngiltərə matçında maraqlı an: Qapıçının su qabındakı qeydlər diqqət çəkdi
Tarix: 16-07-2026 | Saat: 18:43
Bölmə:Özəl | çapa göndər

DÇ-2026-nın yarımfinal mərhələsində İngiltərəni 2:1 hesabı ilə məğlub edən Argentina millisinin futbolçuları oyun zamanı maraqlı hadisə ilə gündəmə gəlib.
Atlanta şəhərində keçirilən qarşılaşmada İngiltərə yığmasının qapıçısı Cordan Pikforda məxsus su qabı Argentina futbolçularının diqqətini çəkib. Bildirilir ki, qabın üzərində rəqib komandanın mümkün penalti zərbələri ilə bağlı qeydlər yer alıb.
Yayılan kadrlarda Argentina futbolçularının su qabına baxaraq üzərindəki qeydləri diqqətlə araşdırdıqları görünür. Bu an sosial şəbəkələrdə və idman ictimaiyyətində geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, Argentina millisi qələbə sayəsində DÇ-2026-nın finalına yüksəlib və həlledici görüşdə İspaniya ilə qarşılaşacaq. Final matçının iyulun 19-da keçirilməsi nəzərdə tutulur.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-07-2026