Mobil versiya
Azərbaycan və Səudiyyə Ərəbistanı XİN başçıları arasında telefon danışığı olub
Tarix: 30-04-2020 | Saat: 17:58
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan və Səudiyyə Ərəbistanı XİN başçıları arasında telefon danışığı olub


Xarici işlər naziri Elmar Məmmədyarovun Səudiyyə Ərəbistanı Xarici işlər naziri Faisal bin Farhan Al Saud ilə telefon söhbəti baş tutub.

Xarici İşlər Nazirliyindən (XİN) aia.az-a verilən məlumata görə, Tərəflər iki ölkə arasındakı ikitərəfli münasibətlərin hazırkı durumu, habelə əməkdaşlıq gündəliyində duran bir sıra aktual məsələləri müzakirə ediblər.

Telefon danışığı zamanı Səudiyyə Ərəbistanı və Azərbaycan arasında bərpa olunan enerji, turizm və digər sahələrində əməkdaşlıq məsələlərinə toxunulub və ümumdünya sağlamlıq böhranı bitdikdən sonra bu istiqamətdə səylərin daha da artırılmasının əhəmiyyəti nazirlər tərəfindən vurğulanıb.

Tərəflər, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə cari il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusa qarşı mübarizəyə həsr olunmuş Zirvə görüşünün keçirilməsi ətrafında fikir mübadiləsi aparıblar.

Nazirlər, həmçinin iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəyin əhəmiyyətini qeyd ediblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024