Mobil versiya
Azərbaycanda daha 38 nəfər koronavirusa yoluxdu, 58 nəfər sağaldı, 1 nəfər vəfat etdi
Tarix: 30-04-2020 | Saat: 17:06
Bölmə:Manşet / Gündəm | çapa göndər

Azərbaycanda daha 38 nəfər koronavirusa yoluxdu, 58 nəfər sağaldı, 1 nəfər vəfat etdi


Azərbaycan Respublikasında 38 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 58 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, arterial hipertenziya xəstəliyi olan 1951-ci il təvəllüdlü vətəndaş vəfat etmişdir.

Hazırkı dövrədək ölkəmizdə 1804 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1325 nəfər müalicə olunaraq sağalmış, 24 nəfər vəfat etmiş, 455 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 24 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 143.079 test aparılmışdır.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə