Mobil versiya
Salyan – dövlət tapşırıqlarına tam ciddiliyi ilə əməl olunur
Tarix: 30-04-2020 | Saat: 14:52
Bölmə:Manşet / Gündəm | çapa göndər

Salyan – dövlət tapşırıqlarına tam ciddiliyi ilə əməl olunur




Bu gün bütün ölkə ərazisində olduğu kimi, Salyan rayonunda da koronavirus infeksiyasının yayılmasına qarşı qabaqlayıcı tədbirlər həyata keçirilməkdədir. Eyni zamanda da Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən rayonda iqtisadiyyatın bu böhrandan minimal itkilərlə çıxması və ən əsası da karantin rejimi müddətində və sonrakı bərpa dövründə insanlarımızın rifah səviyyələrinin düşməməsi, zəruri tələbatlarının dövlət hesabına ödənilməsi istiqamətində gərəkli addımlar atılır.

Ən mühüm məsələlər video-konfransda müzakirə olundu: Fermerlər təsərrüfat fəaliyyəti ilə məşğul ola bilərlər

Aprelin 28-də Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov inzibati ərazi dairə nümayəndələri ilə koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin səmərəliliyinin artırılması və kənd təsərrüfatı işlərinin gedişi ilə bağlı video-konfrans keçirmişdir. Konfransda çıxış edən RİH-nin başçısı dünyada sürətlə yayılan koronavirus pandemiyasından ölkə əhalisinin qorunması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən təxirəsalınmaz tədbirlərdən danışmışdır. Video-konfransda rayonda kənd təsərrüfatı sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən söz açan icra başçısı bildirmişdir ki, Prezident İlham Əliyevin respublikamızda kənd təsərrüfatının və sahibkarlığın inkişafı, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, əhalinin məşğulluğunun yüksəldilməsi, torpaq sahələrindən səmərəli istifadə olunması istiqamətində verdiyi tapşırıq və tövsiyələr rayonda da uğurla icra olunur.



Video-konfransın gedişində cənab Sevindik Hətəmov xüsusi olaraq eyd etmişdir ki, ölkəmizdə koronavirusun yayılmasının qarşısının alınması üçün tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq Nazirlər Kabinetinin kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkətinin təşkili ilə bağlı təlimatına əsasən, fermerlərin xüsusi karantin rejimi qaydalarına riayət etməklə təsərrüfat fəaliyyəti ilə məşğul olması sərbəstdir. Sonda İcra başçısı kənd ərazilərində xüsusi karantin rejiminin tələblərinin daim diqqətdə saxlanılması, əhalinin rejimin tələblərinə riayət etməsi, xüsusi qayğıya ehtiyac olan vətəndaşların daim diqqətdə saxlanılması ilə bağlı ciddi göstərişlər vermişdir.

Sanitar-gigiyenik vəziyyət ciddi nəzarət altındadır

İqtisadi məsələlərin həlli öz yerində, lakin dövlət başçımız cənab İlham Əliyevin də vurğuladığı kimi, bizim üçün insanlarımızın həyat və sağlamlıqlarının qorunması ən vacib prioritetdir. Qeyd etmək lazımdır ki, bu gün Salyanda da rayon ərazisində sanitariya-gigiyena norma və qaydalarına riayət edilməsinə ciddi nəzarət edilir və mütəmadi olaraq təxirəsalınmaz profilaktik tədbirlər həyata keçirilir. O cümlədən parklarda, küçələrdə, idarə və müəssislərin qarşısında, uşaq əyləncə meydançalarında və söhbətgahlarda xüsusi ayrılmış texnikalar vasitəsilə qrafik üzrə müntəzəm proflaktik dezinfeksiya işləri aparılır.



Bunu da deməliyik ki, ölkədə koronavirusa qarşı mübarizə tədbirlərinin həyata keçirilməyə başlandığı ilk gündən Salyan Rayon İcra Hakimiyyətində də rayonda bu istiqamətdə fəaliyyəti yönləndirmək məqsədilə xüsusi qərargah yaradılıb. Qərargahın mütəmadi olaraq keçirilən iclaslarında görülən işlər müzakirə olunur, bu və ya digər məsələlərin həlli ilə bağlı operativ qərarlar qəbul edilir. O cümlədən martın 24-də Salyan RİH-də koronavirus pandemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı qərargahın növbəti iclası keçirilmişdir. İclasda rayon ərazisində koronavirus pandemiyasına qarşı aparılan tədbirlər haqqında ətraflı məlumat verilmiş, bu istiqamətdə görülən işlər müzakirə olunmuşdur. Vurğulanmışdır ki, Azərbaycanda Koronavirusla bağlı məsələ ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən elə ilk gündən nəzarətdə saxlanılmışdır.
Həmçinin Salyan rayonunda xüsusi qərargah və bu məqsədlərlə yaradılmış mobil qruplar tərəfindən rayon sakinləri arasında maarifləndirici tədbirlər görülür, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara əməl olunmasına ciddi şəkildə nəzarət həyata keçirilir.

İnsanlara qayğı və diqqət daha da artırılıb

Birmənalı olaraq demək lazımdır ki, Salyan Rayon İcra Hakimiyyətinin əməkdaşları koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Ölkə Prezident cənab İlham Əliyein göstəriş və tapşırıqları əsasında effektiv şəkildə fəaliyyət göstərməkdədirlər. Təqdirəlayiq haldır ki, Salyan RİH-nin əməkdaşları Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na bir aylıq vəzifə maaşlarını ianə etməklə bu nəcib əmələ qoşularaq öz töhfələrini veriblər.



Həmçinin qeyd olunmalıdır ki, rayon ərazisində aztəminatlı ailələrə köməklik göstərilməsi ilə bağlı sosial aksiyalar davamlı olaraq həyata keçirilir. Belə ki, rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə rayonda yaşayan ahıl, tənha şəxslərə və qayğıya ehtiyacı olan aztəminatlı ailələrə ərzaq məhsullarından ibarət yardımlar paylanılır, eyni zamanda onlarla maarifləndirici söhəbtlər aparılır və xüsusi karantin rejimində müəyyən olunmuş qayda və tövsiyələrə riayət olunmasının vacibliyi barədə ətraflı məlumat verilir.

Əlbəttə ki, əhaliyə, xüsusən də aztəminatlı ailələrə yardım aksiyalarından danışarkən, bu yönümdə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi qeyd olunmalıdır. O cümlədən Salyan rayonunda Heydər Əliyev Fondu “Biz birlikdə güclüyük” aksiyası çərçivəsində bu günədək mindən çox aztəminatlı ailələlərə müxtəlif ərzaq məhsullarından ibarət sovqat paylamışdır. Bu aksiyanın daha bir məqsədi isə karantin rejimi dövründə aztəminatlı ailələrə sosial yardım göstərmək istəyən şəxsləri bir araya gətirmək və bu işdə vətəndaş həmrəyliyini genişləndirmək olub.




Bütün bunlar tam əminliklə belə deməyə əsas verir ki, bu gün Salyan rayonunda koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə həyata keçirilən tədbirlər dövlət tərəfindən irəli sürülən tələb və tapşırıqlara tamamilə uyğundur. Həmçinin belə bir faktı da vurğulamaq lazımdır ki, Salyan RİH-nin başçısı cənab Sevindik Hətəmovun rəhbərliyi altında rayonun bütün qurum və təşkilatları yaranmış böhranlı vəziyyətdə əhalinin aztəminatlı təbəqəsinin bütün ehtiyaclarının qarşılanması, eləcə də rayon iqtisadiyyatının mənfi təsirlərə minimum səviyyədə məruz qalması istiqamətində əzm və fədakarlıqla, son dərəcə effektiv şəkildə fəaliyyət göstərməkdədirlər.

Təəssüflər olsun ki, bütün bu əzmkarlığın müqabilində bəzi kütləvi informasiya vasitələrində Salyan rayonunda gedən proseslər ictimaiyyətə təhrif olunmuş formada təqdim olunur. Bunun hansı məqsədlə edildiyinə dair konkret bilgimiz olmasa da, həmkarlarımızın bu xüsusda tamamilə yanlış mövqedə olduqlarını birmənalı şəkildə bəyan edə bilərik. Çox istərdik ki, ən azından milli həmrəyliyə bu qədər çox ehtiyacımız olduğu bir vaxtda şəxsi ambisiyalarımızı cilovlayıb, proseslərə baxışlarımızı ədalət və obyektivlik prizmasından formalaşdırmağa çalışaq.


aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024