Mobil versiya
Milli Məclisin Parlamentlərarası İttifaqındakı nümayəndə heyətinin tərkibi müəyyənləşib
Tarix: 27-04-2020 | Saat: 18:17
Bölmə:Siyasət | çapa göndər

Milli Məclisin Parlamentlərarası İttifaqındakı nümayəndə heyətinin tərkibi müəyyənləşib


Azərbaycan Respublikasının Milli Məclisi Parlamentin beynəlxalq əlaqələrinin inkişafına böyük önəm verir.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, nümayəndə heyətlərinin Milli Məclisin üzv olduğu beynəlxalq qurumlarda fəaliyyəti Parlament rəhbərliyinin daim diqqət mərkəzindədir.

Qeyd edilib ki, Milli Məclisin Parlamentlərarası İttifaqındakı nümayəndə heyətinin tərkibi də müəyyənləşib. Qurumda nümayəndə heyətimizə Milli Məclis Sədrinin müavini Adil Əliyev rəhbərlik edəcək.

Nümayəndə heyətinin tərkibinə deputatlardan Elnur Allahverdiyev, Şahin İsmayılov, Tural Gəncəliyev, Naqif Həmzəyev, Rəşad Mahmudov, Kamran Bayramov, Zahid Oruc və Məzahir Əfəndiyev daxildirlər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024