Mobil versiya
Sergey Lavrov: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların indiki formatı faydalıdır
Tarix: 21-04-2020 | Saat: 14:40
Bölmə:Siyasət | çapa göndər

Sergey Lavrov:


Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların indiki formatı yaxşı və faydalıdır.

Bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov brifinq zamanı Trend BİA-nın baş direktor müavini Gülnarə Məmmədzadənin sualına cavab verərkən deyib.

Nazir bildirib ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə qətnamələri məlum sənədlərdir:

“Bu sənədlər hərbi əməliyyatların qızğın vaxtında qəbul edilib və ilk növbədə əməliyyatların dayandırılmasını və danışıqlara keçidi nəzərdə tuturdu. Bu sənədlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü təsdiqlənib. Onlarda həmçinin müharibəni dayandırmaq və danışıqlara keçmək tələbi də yer alırdı. Həmin dövrdən danışıqlara keçilib. 2001-ci il razılaşmaları olub, digər formatlarda növbəti razılaşmalar olub. İndi artıq danışıqlar formatı qəbul olunub: Bakı, Yerevan, üç həmsədr qismində Minsk qrupu və ATƏT-in hazırkı sədrinin nümayəndəsi. Format faydalıdır və yaxşıdır. BMT Təhlükəsizlik Şurasının müharibəni dayandırıb danışıqlara keçmək tələbi məhz bu formatda əks olunub”.

S.Lavrov əlavə edib ki, Madrid prinsipləri, Rusiyanın 2010-2011-ci illərdə hazırladığı sənədlər, Kazan sənədi və ötən il aprel ayında Moskvada Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin həmsədrlərin iştirakı ilə müzakirə etdiyi layihələr mövcuddur və onlar hazırda fəal müzakirə olunur:

“Bu sənədlər nizamlamanı mərhələli yanaşma əsasında davam etdirməyi və ilk növbədə daha aktual problemləri, Dağlıq Qarabağ ətrafında bir sıra rayonların azad olunmasını, nəqliyyat, iqtisadi və digər kommunikasiyaların açılmasını nəzərdə tutur. Mən əminəm ki, bu sənədlərin imzalanması barədə qərar qəbul edilsə, bu, BMT Təhlükəsizlik Şurasının müharibəni dayandırıb danışıqlara keçməyi tələb edən qətnamələrin icrasında vacib addım olacaq. Danışıqlar başlayıb, indi isə razılaşmaq lazımdır. Biz ATƏT-in Minsk qrupunun həmsədrləri olaraq məhz buna çalışırıq”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024