Mobil versiya
Milli Məclisdə xəstə insanlara kömək üçün qanvermə aksiyaları keçiriləcək
Tarix: 17-04-2020 | Saat: 15:34
Bölmə:Siyasət | çapa göndər

Milli Məclisdə xəstə insanlara kömək üçün qanvermə aksiyaları keçiriləcək


Milli Məclisdə xəstə insanlara kömək üçün qanvermə aksiyaları keçiriləcək.

aia.az-ın məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

S.Qafarova deyib:

"Bildiyiniz kimi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xeyirxah bir kampaniya başlanmışdır. Xəstə insanlara kömək üçün qanvermə aksiyaları keçirilir. Mən belə düşünürəm ki, Milli Məclis də bu təşəbbüsə qoşulmalıdır. Biz bunun üçün Milli Məclisdə xüsusi yer ayırmışıq və həkim briqadası dəvət etmişik. Sabah Milli Məclisin binasında saat 12.00-dan etibarən Milli Məclisin deputatları və Aparatın əməkdaşları könüllü qan verə bilərlər".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-01-2025