Mobil versiya
Avropa İttifaqı həmrəyliyə görə Azərbaycana təşəkkür edib
Tarix: 16-04-2020 | Saat: 12:37
Bölmə:Siyasət | çapa göndər

Avropa İttifaqı həmrəyliyə görə Azərbaycana təşəkkür edib


Avropa İttifaqı (Aİ) Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas həmrəyliyə görə Azərbaycana təşəkkür edib.

Trend-in məlumatına görə, bu barədə Avropa İttifaqı Nümayəndəliyinin rəsmi "Facebook" səhifəsində qeyd edilib.

K.Yankauskas yazıb:

“Heydər Əliyev Mərkəzində dalğalanan Avropa İttifaqının bayrağı, Aİ və Azərbaycan arasındakı həmrəylik və tərəfdaşlıq əlaqələrinin əksidir. Birlikdə daha güclüyük! Sağ ol, Azərbaycan!”

Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 15-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Avropa İttifaqının bayrağı videoproyeksiya olunub.

Aprelin 3-dən başlayaraq virusdan zərər çəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur. Bununla da Heydər Əliyev Mərkəzi "COVID-19" un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.

İndiyədək Çin, Fransa, Almaniya, İran, İtaliya, Rusiya, İspaniya, Türkiyə, Böyük Britaniya, ABŞ və Gürcüstanın bayraqları Mərkəzin binasının üzərində nümayiş olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-01-2025