Deputat: “Karantin rejimini pozanlar həkimlərin yanında təmizlik işlərinə cəlb edilsinlər”
Tarix: 16-04-2020 | Saat: 10:49
Bölmə:Karusel / Siyasət | çapa göndər
"Prosesin qəhrəmanı vətəndaşdır. "Evdə qal” çağırışı da çox olanda, sanki, bayağılaşır. Sosial şəbəkələrdə də yazırlar, başqa yerlərdə də deyirlər ki, "filan problem var, niyə evdə qalmalıyıq?” Belə olan halda izah etmək çətin olur ki, gəlir əldə ediləcək yerlər bağlanıb, evə nəisə gətirmək imkansızdır, çölə çıxmağın alternativi xəstəlikdir”.
Bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Deputat bu məsələ ilə bağlı təkliflə də çıxış edib: "Təklif etdim ki, qaydaları inadla pozmağa çalışan insanları hüquqi cəza ilə yanaşı, mənəvi cəza da verilsin. Məsələn, bir gün xəstəxanada həkim və tibbi bacılarının yanında təmizlik işlərinə cəlb edilsin. Görsünlər ki, o həkimlər bir aydır, evinə gedə bilmir. Bəzi vətəndaşlar passiv dəstəkdən yorulurlar, amma bəzi insanlar da qəhrəmanlıq edirlər. 24 saat çalışanların əziyyətini yerə vurmamaq üçün intizama tabe olmalıyıq. Başa düşürəm, problemlər var, dövlət bunun yollarını tətbiq etməyə çalışır. Vəziyyətdən arxayınlaşmaq olmaz, karantin rejimi mayın ortalarına qədər uzadılmalıdır”.İTV
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-01-2025
22-01-2025