Mobil versiya
Böyük Britaniya işğal olunmuş Dağlıq Qarabağdakı qondarma "seçkiləri”in ikinci turunu da tanımır
Tarix: 14-04-2020 | Saat: 10:57
Bölmə:Siyasət | çapa göndər

Böyük Britaniya işğal olunmuş Dağlıq Qarabağdakı qondarma "seçkiləri”in ikinci turunu da tanımır


Böyük Britaniyanın Azərbaycandakı səfirliyi işğal olunmuş Dağlıq Qarabağda ikinci turu aprel ayının 14-də keçiriləcək qondarma "prezident seçkiləri" ilə bağlı bəyanat yayıb.

Səfirlikdən Trend-ə verilən məlumata əsasən, bəyanatında deyilir:

"Böyük Britaniya ikinci turu aprel ayının 14-də keçiriləcək Dağlıq Qarabağdakı qondarma "prezident seçkilərini” tanımır.

Böyük Britaniya bir daha ATƏT-in Minsk Qrupu və onun həmsədrlərinin sülh prosesindəki rolunu dəstəklədiyini vurğulayır. Biz beynəlxalq hüququn bütün dünyada tanınan prinsip və normalarının əhəmiyyətini vurğulamaqla bərabər, Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyirik. Biz Azərbaycan və Ermənistanı münaqişənin sülh yolu ilə həll olunması və etimadın yaradılması üçün səylərini sürətləndirməyə çağırırıq".

Qeyd edək ki, işğal olunmuş Azərbaycan torpaqlarında - Dağlıq Qarabağda qondarma rejim tərəfindən qondarma "prezident və parlament" seçkilərinin birinci turu mart ayının 31-də keçirilib. Əksər dövlət və beynəlxalq təşkilatlar isə bu "seçkiləri" tanımadığını bəyan edib.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024