Mobil versiya
Milli Məclisin Gənclər və idman komitəsi "Evdə Qal, Evdə Yarat" təşəbbüsünə qoşulur
Tarix: 10-04-2020 | Saat: 15:49
Bölmə:Siyasət | çapa göndər

Milli Məclisin Gənclər və idman komitəsi "Evdə Qal, Evdə Yarat" təşəbbüsünə qoşulur




Milli Məclisin Gənclər və idman komitəsi Mədəniyyət Nazirliyinin və "Kreativ Azərbaycan" portalının elan etdiyi "Evdə Qal, Evdə Yarat" təşəbbüsünə qoşulur.

Milli Məclisin Mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, Milli Məclisin Sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin təşəbbüsü ilə adı çəkilən komitə Mədəniyyət Nazirliyinin və "Kreativ Azərbaycan" portalının elan etdiyi "Evdə Qal, Evdə Yarat" aksiyasına dəstək verərək yaradıcılıq bacarığı və xüsusi istedadı olan gəncləri bu tədbirə qoşulmağa çağırır.

Artıq 2 mindən çox insan sosial şəbəkələr vasitəsilə "Evdə Qal, Evdə Yarat" təşəbbüsünə qoşulub. Təşəbbüs çərçivəsində insanlar evdə olduğu müddətdə hazırladıqları kreativ məhsulu (rəsm əsəri, video, şeir, musiqi və s.) sosial şəbəkədə #EvdəQalEvdəYarat həştəqini yazmaqla, "Kreativ Azərbaycan" portalının "Facebook" səhifəsini posta işarələməklə paylaşır. Bununla onlar öz yaradıcılıqları ilə koronavirusla mübarizəyə pozitivə fokuslanaraq dəstək verirlər.

Qeyd edək ki, təşəbbüs çərçivəsində ən çox bəyənilən paylaşımların dəyərli hədiyyələr qazanmaq üçün şansı olacaq.

Evdə qalıb evdə yaradaraq virusa birlikdə qalib gələk!

"Evdə Qal, Evdə Yarat" təşəbbüsü ilə bağlı ətraflı məlumat üçün: https://creative.az/az/post/109

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024