Mobil versiya
AŞ PA həmməruzəçiləri: Azərbaycanda məhkumların əfv edilməsi çox düzgün addımdır
Tarix: 10-04-2020 | Saat: 09:48
Bölmə:Manşet / Siyasət | çapa göndər

AŞ PA həmməruzəçiləri:


Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçiləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin COVID-19 epidemiyasının yayılması ilə bağlı xüsusi qayğıya ehtiyacı olan 65 yaşlı 176 məhkumun əfv olunması haqqında sərəncamını alqışlayıblar.

Trend AŞ PA-nın saytına istinadla xəbər verir ki, AŞ PA- nın Azərbaycan üzrə həmməruzəçiləri Sunna Evarsdottir, Roger Gale və Stefan Şennak bəyan ediblər ki, bu humanitar tədbir Avropa Şurasına üzv ölkələrin həbsxanalarında bugünkü sanitar böhran zamanı saxlanılan məhbusların insan hüquqlarının və sağlamlıqlarının qorunmasına dair Avropa Şurasının insan hüquqları Komissarı tərəfindən səsləndirilən narahatlıqlara cavab verir:

"Dünyada koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar Azərbaycanda yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan məhkumların əfv edilməsi çox düzgün addımdır".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024