Ucarda şok maliyyə fırıldaqları: Samir Şərifovun işçisi ...
Tarix: 25-02-2016 | Saat: 15:20
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər
Ucar rayon maliyyə şöbəsinin müdiri Yusif Bəkirov milyonçuya çevrilib.
Təbii ki, Ucarın sosial problemlərinin həllinə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi hesabına...
Ucar rayon Maliyyə Şöbəsinin müdiri Yusif Bəkirovun 10 manatlıq MMC-tender oyunu sayəsində dövlət büdcəsinə küllü miqdarda ziyan vurulub, Ucarın uşaq bağçalarında isə uşaqların sağlamlıqları ciddi təhlükə altındadır.
Mətbuata Ucar rayon Maliyyə şöbəsinin müdiri Yusif Bəkirovun dövlət vəsaitlərini necə mənimsəməsini subut edən sənədlər təqdim edilib. AzMedia.info-ya daxil olan məlumata göstərilir ki, Yusif Bəkirov rayonun maliyyə sistemində MMC-tender şousu yaradıb. Sənədlərə diqqət yetirəndə tam aydın olur ki, saxtakarlıqla Ucar rayonundakı uşaq bağçalarına ayrılan pullar necə talanır.
Adının çəkilməsini istəməyən Ucar sakininin şikayət məktubunu və təqdim etdiyi sənədləri oxucularımızın diqqətinə təqdim edirik:
"Ucar rayonunda 22 uşaq bağçası var. Onlara Maliyyə Şöbəsindən ərzaq üçün ayrılan pulun 50 % həmin idarənin rəhbəri Yusif Bəkirov tərəfindən mənimsənilir ki, bunu təsdiq edən qaimə-fakturaları sizə təqdim edirəm. Həmin qaimə-fakturalarda şişirdilmiş qiymətlərlə bazar qiymətlərinin arasındakı fərq hesablansa, Yusif Bəkirovun cinayət əməlləri tam sübut olunacaq. Ucar rayon bazarında mal ətinin 1 kq 6 manat olduğu halda uşaq bağçalarına verilən ətin qiyməti isə 9 manata, (özü də mənşəyi məlum olmayan), şəkər tozunun 1 kq-ının qiyməti 1 manat olduğu halda 1, 60 manata, quru çayın 1 kq-nın qiyməti 5 manata olduğu halda, 18 manata, kərə yağının 1 kq-ı 3,50 manata olduğu halda 9 manata, kartofun 1 kq-ı 1, 30 manata, bazarda isə 0,60 manatdır, soğanın 1 kq-ı 1 manata, bazarda 50 qəpiyədir, çörək 1 ədədi 0,60 qəypiyə, dükanda isə 0,40 qəpiyədir, yumurta isə 0,25 qəpiyə sənədləşdirilib.
Mənbə bildirir ki, həmin ərzaq məhsulları uşaq bağçalarına Yusif Bəkirovun özünə məxsus olan və rayonun Qaracallı kəndinin girişindəki "Ailə Market” dükanından verilir. İddia olunur ki, araşdırılarsa, həmin ərzaq məhsullarının çoxunun istifadə müddəti keçmiş və istifadəyə tam yararsız olduğu ortaya çıxacaq ki, bu da körpələrin sağlamlıqlarına ciddi təhlükədir.
Çox təəəsüflə qeyd etməliyik ki, bu kimi hallar Azərbaycan rayonlarında demək olar ki, kütləvi hal alıb. Bir, ya da bir eeçə məmurun varlanması və milyonerə çevrilməsi üçün hər il dövlət büdcəsinə külli miqdarda ziyan dəyir. Ancaq məsələ bununla da bimir.
Çünki həmin məmurlar hələ üstəlik bizim gələcəyimiz olan uşaqların uşaqların sağlamlığına da ciddi təhlükələr yaradırlar. Və bir daha təkrar edirik ki, bütün bunlar bir neçə məmurun milyonerə çevrilməsi, onların ailə üzvlərinin bahalı avtomobillərdə gəzməsi, hər il bir neçə dəfə xaricdə istirahət etməsi, dəbədəli villarda yaşamaları və xaricdə mülk sahibi olmaları üçün baş verir. Çox təəssüflə qeyd etməliyk ki, ölkə prezidenti cənab İlham Əliyev dəfələrlə bu kimi hallara qarşı çox sərt şəkildə çıxmasına baxmarayaq, bu kimi halların qarşısını alacaq olan vəzifəli şəxslər, xüsusilədə maliyyə naziri Samir Şərifov başda olmaqla Maliyyə Nazirliynin məsul şəxsləri öz üzərilərinə düşən vəzifə borclarını yeinə yetirmir və açıq talançılıqla məşğul olan bu məmurlar öz cəzalarına çatırılmırlar.
Təqdim olunan sənədlərdən də açıq şəkildə görünür ki, dövlət başçısı ərzağın qiymətini süni bahalaşdıranların cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi tapşırıqlarını Ucar rayonunda məmurlar qulaqardına vururlar və qiymətləri özlər qalıdırılar. Hər kəs bilir ki, ölkədə çörəyin qiyməti 40 qəpikdən yuxarı olmamalıdır. Yəqin Ucarın maliyyə şöbəsinin müdiri Yusif Bəkirovun qaranlıq tenderinin qalibi olan ”ARAZ-O8» MMC bu ərzaq məhsullarını hansısa ölkədən dollarla alır ki, belə şişirdilmiş qiymətlərlə sənədləşdirilib.
AzMedia.info-ya daxil olan məlumatda bildirilir ki, Ucar rayonunda uşaq bağçalarının ərzaqla təmin edilməsi üçün guya tender keçirilib və Qasımov Rasim adlı şəxsə məxsus olan "ARAZ-08” MMC bu tenderin qalibi olib. Mənbə bildirir ki, bu saxta MMC-tender oyunları ilə dövlətin büdcəsini talayan Yusif Bəkirov əməlli başlı kapitalistə çevrilib. Belə ki, Ucar Maliyyə şöbəsinin müdirinin mal varlığının siyahısı həm göz qamaşdırır, həm də dövlət vəsaitlərinin necə talanmasının bariz nümunəsini ortaya qoymuş olur.
Təqdim olunan siyahıya görə, Ucar Maliyyə şöbəsinin müdiri Yusif Bəkirov 50 hektar torpaq sahəsinə, hektarlarla nar bağına, bahalı kənd təsərrüfatı texnikalarına, 500 başdan çox mal saxlanılan fermaya, yaşadığı Qaracallı kəndinin girişində Bakı-Qazax yolunun kənarında yerləşən "Ailə Market”ə, "Nur Kafe” restoranına, çörək bişirmə sexinə, bahalı avtomobillərə, villalara və sairə sərvətlərə sahibdir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024
13:38 Kürdə bir nəfər batdı