Mobil versiya
“Fiorentina”nın 3 futbolçusu koronavirusa qalib gəldi
Tarix: 06-04-2020 | Saat: 11:12
Bölmə:İdman | çapa göndər

“Fiorentina”nın 3 futbolçusu koronavirusa qalib gəldi





İtaliyanın "Fiorentina" klubunun 3 futbolçusu koronavirusa qalib gəlib.

Aia.Az futbolinfo.az-a istinadən xəbər verir ki, Florensiya təmsilçisinin koronavirusa yoluxan futbolçularından Patrik Kutrone, Xerman Pesselya və Duşan Vlahoviç artıq tam sağalıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onlardan götürülən son testlərin nəticəsi neqativ çıxıb. Florensiya klubunun rəhbərliyi oyunçularının sağalmasında əməyi keçən həkimlərə və tibb bacılarına, həmçinin xəstəxana rəhbərliyinə minnətdarlığını bildirib.

Xatırladaq ki, "Fiorentina" sözügedən oyunçularda koronavirus testlərinin pozitiv çıxmasını martın 13-14-də açıqlamışdı.

Aia.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

583 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-06-2020
04-06-2020
{sape_links}{sape_article}