Mobil versiya
ATV kanalının Avropa üzrə müxbiri koronavirusa yoluxdu "Qızımın ad günündə....."
Tarix: 31-03-2020 | Saat: 20:02
Bölmə:--- | çapa göndər

ATV kanalının Avropa üzrə müxbiri koronavirusa yoluxdu






ATV kanalının Avropa bürosunun müxbiri Şahin Abasov koronavirus (COVİD- 19) epidemiyasına yoluxub.

Aia.az xəbər verir ki, bu barədə “Bizimləsən” proqramında məlumat verilib. Hazırda o, Almaniyadakı evində karantin altında, həkimlərin nəzarətindədir.

“Çox təəssüf ki, artıq test nəticələrimiz müsbət çıxıb. Bundan sonra mənə tapşırıqlar verildi. Əsas şərt odur ki, evdən bayıra çıxmayaq. Martın 14-də qızımın ad günü idi. Kiçik bir yığıncaq etdik, bundan sonra qızım özünü pis hiss etməyə başladı. Hərarəti yüksək də deyildi. Bu, bir az bizi aldatdı. Bir-iki gün keçəndən sonra qoxu və dadbilməni itirdi. Artıq mən də özümdə halsızlıq hiss etdim, əzələlərim ağrıdı.

Hazırda qızımı psixoloji məqamlardan qoruyuruq. Artıq 9 gündür ki, özümüzü yaxşı hiss etmirik. Almaniyada virusa yoluxanların sayı çoxdur. Bizim kimi insanların xəstəxanaya yatırılması tezdir. Sadəcə olaraq ciddi tapşırıq verildi və yerinə yetirmədiyimiz halda 20 min avro cərimə olunacağıq”, – deyə Ş Abasov qeyd edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024