Mobil versiya
Eldar Quliyev tənha yaşlılarla və aztəminatlı ailələrlə görüşüb - FOTOLAR
Tarix: 29-03-2020 | Saat: 21:41
Bölmə:Manşet / Ölkə | çapa göndər

Eldar Quliyev tənha yaşlılarla və aztəminatlı ailələrlə görüşüb -


Azərbaycan Respublikası 28 saylı Sabunçu rayonu III Seçki dairəsi üzrə Milli Məclisin deputatı Eldar Quliyev Azərbaycan Respublikası Prezidentinin çağırışına dəstək olaraq ölkədə həyata keçirilən xüsusi karantin rejiminin tələblərinə uyğun şəkildə Bilgəh və Maştağa qəsəbələrində yaşayan yaşı 65 dən yuxarı olan tənha yaşlılarla və aztəminatlı ailələrlə görüşmək məqsədiylə 12 ailəyə baş çəkib. Onlardan 8-i yaşı 65-dən yuxarı tənha şəxslər, 4-ü isə aztəminatlı və çox uşaqlı ailələr olub. Eldar Quliyev görüş zamanı hər bir ailənin vəziyyəti ilə maraqlanmış, onlarla dünyada tüğyan edən koronavirus pandemiyası (Covid 19) haqqında söhbətlər aparmışdır.

Görüş zamanı ailələr dövlətin onlara göstərdiyi diqqət və qayğını çox yüksək qiymətləndirdiklərini, bütün bunlara görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və I vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

Eldar Quliyev sakinlərlə görüşdə bir daha Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarının yerinə yetirilməsini:
- Lazımsız yerə küçələrə çıxmaması;
- Yaşı 65 dən yuxarı olan şəxslərin evdə oturması;
- Uşaqların küçələrə buraxılmaması;
- Maskalardan, tibbi əlcəklərdən və spirtdən müntəzəm istifadə etmələri;
- Vaxtı vaxtında əl-üzlərinin yuyulub təmiz saxlanmasını;
- Qidalanmağa diqqət yetirmək və sair. bu tövsiyələrlə yanaşı bütün qəbul olunmuş qərarlara riayət etməyi xahiş etdi.

Eldar Quliyev görüşdüyü ailələrin sosial problemlərinin həlli istiqamətində onlarla söhbət apardı və üzləşdikləri hər hansı çətinliklər və ya problemlərin həlli ilə əlaqədar olaraq müraciət etmələrini və müraciətlərin operativ həlli istiqamətində işlərin aparılacağını bildirdi.

aia.az









Məlumatlanmaq üçün Facebook səhifəmizi

5300 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-06-2020
02-06-2020
{sape_links}{sape_article}