Mobil versiya
“Bəzən namazqılanlar deyir ki, tibbi spirtlərdən istifadə edə bilməz”
Tarix: 28-03-2020 | Saat: 14:31
Bölmə:Karusel | çapa göndər

“Bəzən namazqılanlar deyir ki, tibbi spirtlərdən istifadə edə bilməz”





“Bəzən real həyatda görürəm ki, namazqılan, ibadət edən şəxslər deyir ki, tibbi spirtlərdən istifadə edə bilməz. Bu, yanlışlıq, cahillikdir”.

Aia.az xəbər verir ki, bu sözləri İçərişəhər Cümə məscidinin dini icma rəhbəri Hacı Surxay Məmmədli REAL TV-ə müsahibəsində deyib. İlahiyyatçı bildirib ki, dövlətin qərarı birmənalıdır və bunu din təsdiq edir:

“Tibbi spirtlərdən istifadənin heç bir namaza, ibadətə, dini ayinlərə təsiri yoxdur. Şəxsən mən özüm tibbi qaydalara əməl edərək gündəlik olaraq maşında, evdə, bir sözlə, olduğum hər yerdə tibbi spirtlərdən istifadə edirəm. Həmçinin ailəmə də tövsiyəmdir. Bu, bizim ümumi xilasolma yolumuzdur”.

Axund hazırkı epidemiya şəraiti davam edərsə, qarşıdan gələn Ramazan ayında orucun necə tutulması ilə bağlı suallara da aydınlıq gətirib:

“Ramazana sayılı günlər qalıb. Ümid edirəm, həmin vaxta kimi bu proses yekunlaşar. Bir neçə gün sonra QMİ-nin fətvası olacaq. Ancaq hazırkı vəziyyətdə immun sistemimiz güclü olmalıdır və buna uyğun olaraq da fizioloji baxımdan özünü güclü hiss etməyənlər orucu yeyəcək. Şəriət buna icazə verir. Ancaq günə gün oruc tutmaq şərti ilə”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024