Mobil versiya
Beyləqanın milyonçu bələdiyyə sədri -FOTOLAR
Tarix: 23-02-2016 | Saat: 12:30
Bölmə:Gündəm / Seçilənlər-4 / Manşet / Karusel | çapa göndər

Beyləqanın milyonçu bələdiyyə sədri -FOTOLAR
Novruz Quliyevin 150 metr uzunluqdak dükanlar şəbəkəsi, bahalı villası və geniş maliyyə imkanları var

Beyləqan Azərbaycanın strateji rayonlarından biri olmaqla yanaşı, həm də işğalçı ermənilərin hədəfində olan yaşayış məntəqələrimizdən sayılır. Hələ Birinci Qarabağ savaşı zamanı erməni terrorçuları dəfələrlə bu rayonu ələ keçirmək üçün cəhdlər etsələr də, arzularına çata bilməmişdilər.

JAM.AZ xəbər verir ki, Beyləqan rayonu bəzi yerli məmurlar və özünüidarəetmə orqanlarının da qazanc yerinə çevrilib. Şəhər Bələdiyyəsinin sədri Novruz Quliyev 2014-cü ildə səsvermə yolu ilə deyil, tapşırıq əsasında bələdiyyə sədri seçildikdən sonra pul qazanmağın bütün yollarını axtarıb, tapmağı bacarıb.

Bunun əyani sübutlarından biri odur ki, Quliyev bələdiyyə sədri olmamışdan öncə köhnə birmərtəbəli evdə yaşayırdısa, hazırda ikimərtəbəli, özü də cəh-cəlallı bir sarayda yaşayır. Onun bələdiyyə sədri seçilməsi isə hələ seçkilərdən sonra beyləqanlılar tərəfindən təəccüblə qarşılanmışdı. Çünki heç bir idarəçilik təcrübəsi olmayan, rayonda daha çox diş həkimi kimi tanınan bir şəxsə belə starteji rayonu etibar etməyin kifayət qədər müəmmalı olduğu dilə gətirilirdi.

JAM.AZ-a məlumat verən sakinlərin dediyinə görə, Novruz Quliyev vəzifəsindən sui-istifadə edərək, hərracdan kənar torpaq alveriylə məşğul olur. İddialara görə, sözügedən şəxs məhz bu addımları sayəsində bir ilin içində xeyli varlanmağı bacarıb.

Məlumatlarda vurğulanır ki, Novruz Quliyev Beyləqanın sabiq icra başçısı, əhali arasında heç də yaxşı münasibətə malik olmayan Xasay Əhmədovun kürəkənidir. İcra başçısı olduğu müddətdə Beyləqanın Mərkəzi Bazarına sahiblənən Əhmədov, bu gün də oradan özünə gəlir götürməkdə davam edir.

Novruz Quliyev də qayınatasının bu hərəkətlərindən bəhrələnən biridir və bu səbəbdəndir ki, onun Beyləqan bazarının qarşısında uzunluğu 150 metr olan obyektləri sıralanıb. Həmin dükanlar hazırda icarəyə verilib.

Qarşı tərəfi də dinləməyə hazırıq.






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024