Mobil versiya
Azərbaycanın Xalq artisti vəfat etdi
Tarix: 27-03-2020 | Saat: 14:19
Bölmə:Karusel | çapa göndər

Azərbaycanın Xalq artisti vəfat etdi






"Qaya" Qrupunun bədii rəhbəri Rauf Babayev vəfat edib.

Aia.az xəbər verir ki, Xalq artisti 82 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Rauf Yusif oğlu Babayev 1937-ci ildə Leninakanda (Gümrü) anadan olub. O, 1956-cı ildə Bakı Musiqi Texnikomunu, 1962-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1961-ci ildən "Qaya" vokal instrumental qrupunun üzvü olub. 1995–2001-ci illərdə "Bəri bax" vokal qrupunun bədii rəhbəri işləyib. 2001-ci ildən isə "Qaya" Dövlət Ansamblının bədii rəhbəri kimi fəaliyyət göstərib.

Rauf Babayev 2006-cı ildə Xalq artisti fəxri adı ilə, 2017-ci ildə isə "Şöhrət" ordeni ilə təltif edilib.

Xatırladaq ki, R.Babayev fevralın 23-də axşam saatlarında ürək çatışmazlığı diaqnozu ilə Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutuna yerləşdirilmişdi. O, daha sonra Heydər Əliyev Fondunun dəstəyi ilə xüsusi təchiz edilmiş ambulansla Mərkəzi Klinik Xəstəxanaya köçürülmüşdü.

Allah rəhmət eləsin!



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5191 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-11-2020
25-11-2020