Mobil versiya
Odlar yurdunda odlu atəşli vəziyyət
Tarix: 22-02-2016 | Saat: 10:52
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər



Bu yaxınlarda Odlar yurdu Universitetinin kassasından 500 min manat oğurlandığı barədə xəbər yayılmışdı. Bu xəbərin verilməyinin nə dərəcədə doğru olduğunu öyrənmək üçün araşdırma apardıq. Amma bir anlığa düşünmək gərək bir Universtetdə bu qədər pul hardandır. Əgər belə bir hal baş veribsə prokurorluq əməkdaşları gərək Təhsil nazirliyindən araşdırma aparmaq vacibdir. Bu təhsil müəssəsinin (əgər ora təhsil müəssəsi demək olarsa) tələbəsi öz fakultəsinin adını çəkməsini istəməyən Ramiz adlı şəxs öz problemini bizlə bölüşməyi qərara aldı. Deyirdiki əziyyətlə birtəhər Universitetə qəbul olunub tələbə adını qazandım. Bilsəydim bu universiteti yazmazdım. Öyrəndim ki təhsil haqqım 3000 manatdı. 1- kursda birtəhər ödədim. Amma 2-kursdan başlayaraq təhsilimi davam etdirə bilmirəm. Atam da işsizdi anamda işləmir. Artıq yol pulunu güclə tapıram. İmtahanlara vaxtı vaxtında buraxmırlar. Son sessiyalarda əllərimdə A 4 vərəqləriyl ərizə kağızlarıyla onun bunun qapısında saatlarla gözləməkdən qocalmışam. Kəsrlərin qiyməti 200-300 manat arasında dəyişir. Burda guya Boloniya sistemi qoyulsada əslində öz maraqlarını işlədirlər. Çox haqsızlıq ədalətsizlik görə-görə gəlirəm. Bizim kimi tələbələrə təhsil haqqı məsələsində güzəşt etmirlər. Bir qəpiklərindən keçmirlər. Bir fəndən imtahan suallarını tapa bilmədim. Axırda kəsildim. Kəsrimin qiyməti 200-300 manat idi. Verdim apelyasiyaya amma orda var gücləriylə baxmaq istəmədilər ki təki tələbə soyulsun kreditləri 500-600 manat həddinə qalxsın. Oxumağa həvəsimi öldürürlər. Hara gedirsən ancaq pul, pul,pul və yenədə dollar.Birdəfə dərsə gecikmişdim. Məllimlə aram yaxşı olduğundan o mənə qayıb yazmadı. Ancaq məllim mənə qayıb yazmadığına görə onun maaşımı kəsdilər ki niyə sən qayıb yazmadım.Tələbəni kreditə salmadım və cibinə işləyib 200-300 manat soyub ilişdirmədim. Ramiz bir gənc kimi üzgündür. Deyirki hər addımda səni ilişdirməyə çalışırlarki cibivə işləyib soysunlar.Onu da desək yerinə düşər ki əgər təhsil almaqla gənc nəsli savadlı görmək istəyiriksə təhsil pulsuz olmalıdır. Amma Odlar yurdunda belə məsələ tamamilə yaddır. Orda təhsil üzərində biznes ekspertizası çoxdan işə salınıb. Ramiz artıq qorxmağa başlayıb. Çünki oxuduğu yerin kassası soyulub. Oranı doldurmaq üçün gərək çox tələbəni ilişdirib imtahanlardan kəsib- soymaq gərək. Ramiz ürəyindən keçəni bizdən gizlətməyərək deyir ki, gərək pul oğurlayan şəxs 10 manatı ona verəydiki təhsil haqqı kəsr məsələsini həll edilsin.

Ramizə arzumuz daha yaxşı təhsil almaq üçün səylə çalışsın. Ancaq onu da öyrəndikki bir gənc kimi işsizdir və iş tapmaq da çətinlik çəkir. Bu qədər təhsil haqqı və özbaşınalığın şahidi olaraq Ramizə axırda səbr və yenə səbr arzu edirik.

Təki Ramiz kimi gənclər gələcəkdə yaxşı təhsil alsın rüşvətlə, haqsızlıqla qarşılaşmasın və vətənə layiq şəxs yetişsin.

Şirxanlı Rövşən.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024