Mobil versiya
İlham Əliyev: İtaliya Azərbaycanın bir nömrəli tərəfdaşıdır – FOTO
Tarix: 09-07-2015 | Saat: 17:38
Bölmə:Siyasət / Aia TV / Karusel | çapa göndər


“Pavilyonda ölkəmizin müasir reallıqlarını təqdim etmişik”.

İtaliya Azərbaycanın bir nömrəli tərəfdaşıdır.

Aia.az İtaliya KİV-nə istinadla xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Milan Expo Beynəlxalq Sərgisində Azərbaycanın Milli Gününün açılışında deyib.

“Azərbaycan İtaliya ilə əməkdaşlığını genişləndirir. Bu gün 30-dan çox İtaliya şirkəti Azərbaycanda fəaliyyət göstərir. Bizim ölkəmiz İtaliyanın səmimi dostudur”, - dövlət başçısı deyib.

İlham Əliyev qeyd edib ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə əməkdaşlıqda ərzaq təhlükəsizliyi istiqamətində böyük uğurlar əldə olunub və Azərbaycanda aclıq problemi tamamilə həll olunub.

Dövlət başçısı çıxışında azərbaycanlıların İtaliyaya qarşı isti münasibətini qeyd edib.

“Azərbaycan zəngin tarixə malik ölkədir. Azərbaycan 24 ildir ki, müstəqildir. Azərbaycan pavilyonunda biz, olduqca sürətli iqtisadi artım və Şərq və Qərb arasında olan ölkəmizin müasir reallıqlarını təqdim etmişik”, - İlham Əliyev qeyd edib.



İlham Əliyev: İtaliya Azərbaycanın bir nömrəli tərəfdaşıdır – FOTO



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə