Mobil versiya
Sahibə Qafarova, Əli Hüseynli, Adil Əliyev, Fəzail İbrahimli nə qədər maaş alacaqlar? – MƏBLƏĞ
Tarix: 11-03-2020 | Saat: 09:53
Bölmə:Manşet / Siyasət | çapa göndər

Sahibə Qafarova, Əli Hüseynli, Adil Əliyev, Fəzail İbrahimli nə qədər maaş alacaqlar? –


VI çağırış Milli Məclisin Sədri Sahibə Qafarovanın, sədrin birinci müavini Əli Hüseynlinin, müavinlər Adil Əliyev və Fəzail İbrahimlinin maaşlarının miqdarı açıqlanıb.

Pravda.az-ın xəbərinə görə, parlamentin sədri Sahibə Qafarova 2475 manat, sədrin I müavini Əli Hüseynli 2227 manat, Milli Məclis sədrinin müavinləri Adil Əliyev və Fəzail İbrahimli 2103, komitə sədrləri Ziyafət Əsgərov, Zahid Oruc, Tahir Mirkişili, Sadiq Qurbanov, Qənirə Paşayeva, Tahir Rzayev, Hicran Hüseynova, Musa Quliyev, Siyavuş Novruzov, Bəxtiyar Əliyev, Əhliman Əmiraslanov, Səməd Seyidov 1980 manat, komitə sədrinin müavinləri Qüdrət Həsənquliyev, Hikmət Məmmədov, Tahir Kərimli, Asim Mollazadə, Əli Məsimli, Sabir Hacıyev, Məlahət İbrahimqızı, Rəşad Mahmudov, Jalə Əliyeva, Şahin İsmayılov, Sahib Alıyev, Elşən Musayev, Musa Qasımlı, Fazil Mustafa, Sevinc Fətəliyeva 1 856, sıravi deputat isə 1732 manat maaş alacaq.

"Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna əsasən, Milli Məclisin sədri onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı da alırlar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5113 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}