Azərbaycan koronavirusla mübarizəyə 5 milyon dollar yardım ayırdı
Tarix: 06-03-2020 | Saat: 16:05
Bölmə:Manşet / Qərbi Azərbaycan | çapa göndər
Azərbaycan Respublikası və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arasında uzunmüddətli səmərəli əməkdaşlıq münasibətləri mövcuddur.
aia.az-ın məlumatına görə, Azərbaycan Respublikası Hökuməti dünyada koronavirus infeksiyasının yayılması riskinin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə ÜST-nin “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” adlı Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının verilməsi barədə qərar qəbul etmişdir.
Azərbaycan Respublikası ÜST-nin qlobal miqyasda COVID-19 virusuna qarşı mübarizə səylərini yüksək qiymətləndirir. ÜST-nin COVID-19 virusu ilə bağlı tövsiyələri Azərbaycan tərəfindən nəzərə alınır və tətbiq olunur.
Azərbaycan Respublikasının ÜST ilə səmərəli əməkdaşlığı davam edir və 2020-ci il martın 8-də ÜST ekspertlərindən ibarət nümayəndə heyəti ölkəmizə səfər edəcəkdir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər