Mobil versiya
Yol polisləri könüllü olaraq qan verdilər - FOTO
Tarix: 21-02-2016 | Saat: 10:24
Bölmə:Gündəm / Qərbi Azərbaycan / Aia TV / Karusel | çapa göndər


Qanvermə aksiyası keçirilib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsində könüllü qanvermə aksiyası keçirilib.

Azərbaycan Talassemiya Federasiyasından verilən məlumata əsasən, fevralın 20-də federasiya, Qan Donorları Assosiasiyasının birgə təşkilatçılığı və Mərkəzi Qan Bankının dəstəyi ilə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində növbəti könüllü qanvermə aksiyası keçirilib.

Tədbirdə idarənin onlarla əməkdaşı qana ehtiyacı olan xəstələr üçün könüllü olaraq qan verib.

Talassemiya irsi qan xəstəliyidir və bu xəstəliyin müalicə olunmasında qan köçürmə prossesi mühüm rol oynayır. Talassimiyalı xəstələri qanla təmin etmək üçün respublikada mütəmadi olaraq qanvermə aksiyaları keçirilir.

Qeyd edək ki, həkim nəzarətindən keçirilən donorların çəkisi 50 kq-dan az olmamalı, yaş həddi 18-60 arası fiziki sağlam şəxslər qan verə bilər. Bu gün keçirilən aksiya çərçivəsində də donorlar əvvəlcə həkim nəzarətindən keçirildi, daha sonra isə qan verdi. Aksiyada iştirak edənlər bu cür aksiyaların keçirilməsini yüksək qiymətləndirdilər və digər şəxsləri də qanvermədə iştirak etməyə səslədilər.

Aksiyanın paytaxtın digər polis idarə və bölmələrində də davam etdirilməsi nəzərdə tutulur.








Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024