Mobil versiya
Gözlərində qalan sevgim...
Tarix: 03-03-2020 | Saat: 12:37
Bölmə:Yazar1 | çapa göndər

Gözlərində qalan sevgim...


Əlləri göyə doğru uzanmışdı... Tanrıya doğru... Dua edirdi Tanrıya... Şükür duası. Bu sevgini ona verdiyinə görə dua edirdi. Tanrıdan xahiş edirdi ki, bu sevgini ondan almasın. Heç vaxt almasın. Yaşaya bilməz, ölər, bu sevgi ilə nəfəs alır, bu sevgi ilə yatıb- durur. Bu sevgi onun görən gözü, döyünən ürəyidir...
Qəfil bir zəng
Telefon zəng çaldı. Qaldırdı. Bir neçə ay öncə tanış olduğu Toğrul idi. Deyirdi ki, tur təşkil etmişik. Əgər onlara qoşulmaq istəyirsə fikrini bildirsin. İncəgül fikrə getdi. Bilmədi nə desin. Tərəddüd içində qalmışdı. Əslində o, görmədiyi ölkələri gəzməyə həvəsli idi. Lakin Toğrulu yaxşı tanımırdı. Cəmi bir neçə dəfə universitetin auditoriyasında rastlaşıb salamlaşmıışdılar. Tanımadığı adamlarla yola çıxmaq ona çətin gəlirdi. Xeyli fikirləşəndən sonra gəzmək həvəsi üstünlük təşkil etdi..
Toğrul zeytun gözlü, çevik, söhbətcil, şipşirin bir oğlan idi. Hamı ilə dil tapmağı bacarırdı. İncəgül özü də ünsiyyətcil idi. İnsanlarla tez dostlaşmağı bacarırdı.
Turun təşkilatçısı Toğrul olduğundan bütün işlərə də o nəzarət edirdi.
Əvvəlcə avtobusla uzun bir yol getməli idilər. Toğrul hamını bir –biri ilə tanış etdi. Maraqlı insanlarla tanışlığına görə İncəgül özünü şanslı sanırdı. Elə ilk tanışlıqdan Lalə adında bir xanımla dostlaşdı.
Gətirdikləri musiqi disqini sürücüyə verdilər ki, yol onlara darıxdırıcı gəlməsin. Beləliklə İncəgül, maraqlı bir səfərin başlanğıcında özünü məmnun hiss edirdi.
Artıq mənzilbaşına çatmışdılar. Hərə öz otağına çəkilmişdi. Uzun yolçuluqdan sonra istirahət edirdilər. İncəgül bir az dinçəldikdən sonra heç kəsi narahat etmədən, mehmanxananın yaxınlığınakı çayın sahilinə gəldi. Bura qeyri – adi mənzərəli bir yer idi. Mənbəyini yüksək dağlardan götürən, çözyaşı kimi təmiz suyu olan çay sürətlə axıb gedirdi. Çayın bir tərəfi dağlara doğru qalxan meşəlik , digər tərəfi isə açıqlıq idi.
İncəgül çayın sahilində oturdu. Ayaqlarını buz kimi suya salıb, xəyallara daldı...
Bir az keçməmiş ona belə gəldi ki, kimsə arxasında dayanıb.. Arxaya döndü. Toğrul idi. Toğrul onun yanında oturdi. Ayaqqabılarını çıxarıb, İncəgül kimi ayaqlarını suya saldı. İncəgülün canından bir gizilti keçdi. Bəlkə də onun üzünə baxan olsa qızardlğlnl görərdi.
-Niyə xəbər etmədən gəldin? – Toğrul soruşdu.
- Narahat etmək istəmədim- İncəgül dedi.
-Bir də belə şey etmə. Dur, gedək, su soyuqdur, sonra xəstələnərsən. Toğrul əlini uzadıb İncəgülün qalxmasına kömək etdi . Onlar yanaşı otelə tərəf addımlamağa başladılar.
Hər ikisi susurdu. Nədənsə İncəgül bu yolun çox uzun olmasını arzuladı. Bəlkə də heç bitməsini də istəmədi. Beləcə Toğrulla uzun bir sonsuz yolçuluq keçdi ürəyindən . Bu nədir? Bu nə hisslərdir? İncəgül özünü danlamağa başladı. Yox, belə olmaz. Bütün belə fikirləri başından çıxart, İncəgül!
Qrup uşaqları arasında Günay adında bir qız da vardı. Bu qız qapalı idi. Az danışandı. İncəgül həmişə az danışan insanlardan ehtiyatlanırdı. Bilirdi ki, onların nəyi var içindədir, belə insanları tanımaq çətindir.
İncəgül görürdü ki, Günay Toğrula qarşı biganə deyil. Günay hər hərəkətində, hər sözündə Toğrulun diqqətini özünə çəkməyə çalışır. Qoy olsun, İncəgül hər şeydən kənar durub səyahətin dadını çıxartmağa çalışırdı.
Bir dəfə də belə bir əhvalat oldu. Ətraf gözəl güllərlə dolu idi. Toğrul gözlənilmədən bir gülü dərib İncəgülə verdi. Yenə İncəgül özünü itirdi. Bilmədi nə etsin. İçini sevinc hissi bürüdü. Toğrulun qucağına atılıb,onu bağrına basmaq istədi. “Özünü ələ al, İncəgül! “ - içindən gələn səs deyirdi.
Axşamdan Toğrul xəbərdarlıq etmişdi ki, sabaha hazırlaşın, “ Səmavi” gölünün gəzintisinə gedəcəyik. Uşaqlar erkəndən oyanıb, yola çıxdılar.
Yolboyu zarafat edən kim, video, seifi çəkən kim...
Həş kəs bacardığı qədər təbiətin gözəlliklərini daha çox yaddaşına yazmağa çalışırdı.
Avtobus dağın ətəyində, çayın kənarında dayandı. Yol dik yoxuş idi. Yolun kənarında gözyaşı kimi axan suyun şırıltısı eşidilirdi. Burada təbiət, sanki rəssam fırçası ilə bütün gözəlliklərini nümayiş etdirməyə çalışmışdı. İzahatı çətin olan bir gözəllik insanları valeh edirdi.
Əvvəlcə ayılara tamaşa etdilər. Yolun kənarı ilə meşəni ayıran hasar vardı. İnsanların əlinə öyrəşən ayılar, hasarın o tayına yığışıb onlardan yemək gözləyirdilər. Ələ öyrəşdiklərindən arıq və çəlimsiz görkəmləri vardı. Ayılar dal ayaqları üzərinə qalxıb, sanki şou göstərirdilər ki,bəlkə onlara kimsə yemək ata. Bir qədər ayılara tamaşa edib, yenə də yollarına davam etdilər.
Bütün yolu Toğrulun nəzərlərinin öz üzərində hiss edirdi.
İncəgülə belə gəldi ki, Toğrul özünü narahat duyur. Yolun kənarından yığdığı moruğu ona uzatdı.
-Götür, Toğrul, yolboyu yeyərsən. Toğrul sakitcə moruğu götürdü. Görünür dağ havası ona mənfi təsir etmişdi. İncəgülün də diqqəti özündən asılı olmadan Toğrulun yanında idi. Lalə də Toğrulun yanından əl çəkmirdi. Ona belə gəldi ki, əhval ruhiyyəsi Toğrula münasibətindən asılı vəziyyətə düşüb. Özünü danlamağa başladı. “ Axı niyə belə edirsən, İncəgül, istirahətinin dadını çəxarmağa çalış”.
Artıq gümüş kimi parıldayan göl onların gözü qarşısında canlanırdı. Rəvayətə görə bu göl nakam bir sevginin göz yaşlarından yaranmışdı. Göl bir az çökəklikdə yerləşirdi. Ətrafı qoca şam ağacları ilə əhatə olunmuşdu. Gölün o biri tərəfinə üzmək üçün qədim bir qayıq turistlərin ixtiyarına verilmişdi. Burada dünyanın hər yerindən gəlmiş insanlarla rastlaşmaq olardı.
İncəgül şəkillər çəkdirir, əylənirdi. Toğrul da İncəgüldən geri qalmırdı. Müxtəlif şəkillər çəkdirirdi. Uşaqlar əylənir, milli ornamentlərlə işlənmiş hədiyyələr alırdılar. Başları əylənməyə necə qarışmışdısa, axşamın düşdüyündən xəbərləri belə olmamışdı.
Yavaş – yavaş dağdan aşağı enirdilər. Qalxanda bir təhər qalxmışdılar. Enəndə isə bir - birindən tutaraq ehtiyatla aşağı düşürdülər. Bir az ehtiyatsızlıq etsələr bəlkə də, uçuruma yuvarlana bilərdilər.
Birdən kimsə arxadan səsləndi.
- Mənəm, İncəgül, qolumdan tut – Toğrul idi, qayğısına qalırdı.
- Niyə utanırsan,möhkəm tut, yıxılarsan. İncəgül çəkinə - çəkinə onun qoluna girdi. Toğrulun tüklü qolları İncəgülün zərif dərisinə toxunduqca, onun ürəyi ırpınırdı. Onlar dəstədən bir az geri qalmışdılar. Toğrul həyatından danışırdı... Universitetə necə qəbul olunmağından, anasını necə sevməsindən...
“Bəlkə elə onun axtardığı idel sevgi Toğrul özüdür. Kitablarda oxumuşdu ki, təsadüfü heç nə yoxdur. Bəlkə bu Tanrının bir yazısıdır onları qarşılaşdırıb. Bəlkə mənə belə gəlir...,bu cür davranış Toğrulun elə xasiyyətidir, hamıya qarşı belədir. Bəlkə bu, mənim təxəyyülümün məhsuludur. Bəlkə mən özüm özümü aldadıram...”. Təzadlı fikirlər içindən İncəgülü didib- dağıdırdı.
Toğrulun yaxın dostu olan Orxan zarafatından qalmırdı. Orxanın görünüşü ciddi olsa da, hərdən elə zarafatlar edirdi ki, hamını güldürürdü. Orxan özü də diqqətcil və mədəni oğlandi. Hər bir vəziyyətdə o, qızların yanında idi. İncəgül düşünürdü ki, gör bizim necə mədəni, dəyərli oğlanlarımız var. Bəlkə də elə dünyanın ən yaxşı oğlanlar bizimkilərdir. Gərək dəyər verməyi bacarasan.
-Nə yaxşı sizinlə gəlməyə razılaşdım. Necə gözəl mənzərəli yerlər varmış- Günay idi. Yenə diqqət çəkirdi.
-Gənc yaşlarında özünü göstərmək olduqca əhəmiyyətlidir - Orxan dedi. Yenə zarafatından qalmırdı.
-Gülüş sənə çox yaraşır, İncəgül, sən mənə göylərin hədiyyəsisən- bunu daToğrul dedi.
-Belə şeylər söyləmə, Toğrul. Mən dağdan yıxıla bilərəm. İncəgül təbəssümlə cavab verdi.
-Bu da bir qismətmiş yəqin – İncəgül dedi.
Axşam üstü otelə çatdılar. Şam yeməyindən sonra hamı otağına çəkilib dincəlirdi.
Nə qədər çalışırdı ki, yatsın, xəyalları Toğrulun ətrafında fırlanırdı.
“Unut, hər şeyi unut, İncəgül”.
“Yuxuya gedə bilsəydim.”
Eyvana çıxdı. Toğrul da orada idi. Toğrul gəlib onunla üzbəüz dayandı.
İncəgül Toğrulun gözlərinə baxırdı. Sanki onun gözlərində özünü axtarırdı, özünü orada görmək istəyirdi.” Niyə bu qədər narahatsan, İncəgül? Məgər bir qızın bir oğlanı sevməsi qəbahətdirmi? “
Bəlkə o gözlərdə özünü görmək istəyi, özünü təsdiqləmək idi?
Özü də bilmirdi ki, bu narahatlıqlar haradan gəlib onun qəlbinə hakim kəsilib.
-Məniim ürəyim yalnız sənə məxsusdur- Toğrul pıçıldadı.
Toğrula sarılmaq, onun ətrini duymaq, istisini hiss etmək keçdi ürəyindən...
Toğrula sarılıb, həmişəlik onun olmaq istəyirdi...
Çəkindi, qorxdu, onu itirməyindən qorxdu. Ona belə gəldi ki, əgər Toğrula “səninəm” kəlməsini desə, hər şey oradaca bitəcək.
“Səni dəlilər kimi sevirəm, Toğrulum!” Dilinə gətirə bilsəydi...
İİncəgül geri çəkildi. O, səhv edir. Toğrulu hələ yaxşı tanımır. Bir də bəs içindən gələn o səs? Hansıki onu heç vaxt aldatmayıb. “Niyə içimdən gələn o səs məni rahat buraxmır?”
Bəlkə Günaya görə narahatdır. Axı, Günayın Toğrulun başına fırlandığını bir o yox, hamı görür.
- İncəgül, əslində səni çoxdan tanıyıram. Sən mənim ürəyimcəsən, mənim özümsən. İnan mənə, mən həmişə sənə xoşbəxtlik gətirəcəm, səninlə bütün dünyanı gəzəcəyik – Toğrul deyirdi.
Dünya İncəgülün gözündə masmavi idi. Onun Toğrulu vardı. Ona inandı, güvəndi...
İncəgülə belə gəldi ki, hamı onun xoşbəxtliyini görür. Hamı ona həsəd aparır.

Günay isə hər vəchlə Toğrulun diqqətini cəlb edirdi. Gah cib telefonunda nə isə ona göstərir, gah da onun işlərinə kömək edirdi.
Bəzən Toğrulun da Günaya diqqət yetirdiyi İncəgülün gözündən yayınmırdı. “Bu həssaslığım da mənə sevinc gətirmir. Bəlkə də belə həssas olmasaydım daha xoşbəxt yaşayardım”. Bəlkə mənim narahatlıqlarım elə Günayla bağlıdır” – üzülürdü,içindən üzülürdü İncəgül...
Beləcə, səyahət zamanı sona yetməkdə idi.

Evə dönmək lazım idi. Dayanacaqda onları aparacaq avtobusu gözləyirdilər. Günay gözünü Toğrula zilləmişdi. Birdən necə oldusa İncəgül Toğrulun da baxışlarının Günayın gözlərində taxılıb qaldığını gördü. Günay da onu cavabsız qoymadı. Sonra Günay avtobusa keçib Toğrula;

-Gəl, yanıma dedi və yanında ona saxlağı yeri göstərdi.

Dünya İncəgülün başına fırlandı. Gözlərinə qaranlıq çökdü. Heç kəsə hiss etdirməsin deyə avtobusa söykəndi.“Əlvida ,Toğrulum, əlvida! “Gözlər qəlbin aynasıdır.” Mənim məhəbbətim tərtəmizdir, körpə uşaq kimi. Mənim sevgim sənin Günaya baxan gözlərində qaldı. Deməli sən, mənim şübhələrimdəki Toğrul imişsən, ürəyimdəki yox. Məni bağışla, Toğrulum! Mən isə xəyanəti bağışlaya bilmirəm, istəsəm belə...”

Şəcahan Gün



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5359 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}