“Microsoft”dan inqilabi addım: Tətbiqlərin yerini süni intellekt alacaq
Tarix: 05-06-2026 | Saat: 18:38
Bölmə:Özəl | çapa göndər

Microsoft yeni “Project Solara” konseptini təqdim edərək gələcəyin texnologiyası ilə bağlı diqqətçəkən planlarını açıqlayıb.
Şirkətin təqdim etdiyi konsepsiyaya görə, gələcəkdə istifadəçilər ənənəvi tətbiqlərdən daha az istifadə edəcək, onların yerini isə süni intellekt agentləri tutacaq. Bu agentlər istifadəçinin istəyini anlayaraq tapşırıqları avtomatik yerinə yetirəcək.
“Project Solara” Android əsaslı platforma üzərində qurulsa da, Microsoft onu yeni nəsil cihaz ekosistemi kimi təqdim edir. Sistemdə interfeyslər sabit olmayacaq, süni intellekt istifadəçinin ehtiyacına uyğun olaraq ekranları real vaxtda formalaşdıracaq.
Şirkət həmçinin boyundan asılan ağıllı qurğu və süni intellektlə işləyən masaüstü ekran da nümayiş etdirib. Hazırda layihənin satışa çıxarılması planlaşdırılmır və texnologiya sınaq mərhələsindədir.
Ekspertlər hesab edirlər ki, bu yanaşma gələcəkdə mobil tətbiqlərin rolunu azaldaraq süni intellekt agentlərini rəqəmsal həyatın əsas hissəsinə çevirə bilər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
05-06-2026