Pulsuz təmizlikdən milyonluq biznesə: Dünyanı heyrətləndirən qadın
Tarix: 05-06-2026 | Saat: 21:02
Bölmə:Özəl | çapa göndər

Auri Kananen ehtiyac sahibi insanların evlərini heç bir ödəniş almadan təmizləməklə başladığı layihə sayəsində beynəlxalq şöhrət qazanıb.
Sosial şəbəkələrdə “Aurikatariina” adı ilə tanınan finlandiyalı məzmun istehsalçısı müxtəlif ölkələrdə baxımsız və ağır vəziyyətdə olan evləri pulsuz təmizləyir, həmin prosesləri videoya çəkərək milyonlarla izləyicisi ilə bölüşür.
Onun paylaşımları qısa müddətdə böyük maraq doğurub və bu gün YouTube, TikTok və Instagram platformalarında ümumi izləyici sayı 25 milyonu keçib.
Artan populyarlıq nəticəsində Auri Kananen iri şirkətlərlə reklam və sponsorluq müqavilələri bağlayıb. Məlumatlara görə, onun media layihəsinin illik gəliri artıq 1 milyon avronu ötüb.
Layihənin fərqli cəhəti yalnız təmizliklə məhdudlaşmamasıdır. Videolarda depressiya, tənhalıq, sağlamlıq problemləri və sosial çətinliklərlə üzləşən insanların həyat hekayələrinə də yer verilir.
Beləliklə, insanlara yardım etmək məqsədilə başlayan sadə təşəbbüs sosial medianın gücü sayəsində həm böyük sosial layihəyə, həm də milyonlarla avro qazandıran uğurlu biznes modelinə çevrilib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
05-06-2026