Şəhid sərhədçimiz təltif edilib
Tarix: 02-03-2020 | Saat: 15:36
Bölmə:Karusel / Gündəm | çapa göndər

Fevralın 24-də düşmənin silahlı təxribatının qarşısını alarkən fərqlənmiş sərhədçilər Dövlət Sərhəd Xidməti rəisinin əmrləri ilə medal, qiymətli hədiyyə və fəxri fərmanlar ilə təltifləndirilib.
Azvision.az xəbər verir ki, düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına həlak olmuş əsgər Vəliyev İbrahim Ələmşah oğlu ölümündən sonra «Hərbi xidmətdə fərqlənməyə görə» 3-cü dərəcəli medalı ilə təltif edilib.
Qeyd edək ki, əslən Kəlbəcər rayonundan olan İbrahim Vəliyev Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki sərhəd döyüş məntəqəsinə diversiya cəhdinin qarşısını alarkən şəhid olub. Şəhid əsgərimiz fevralın 25-də Zərdabın Gəlmə kənd qəbiristanlığında torpağa tapşırılıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-02-2025
27-02-2025